Könül Xasıyeva səhnəyə çıxdı: İki günlük konsert
İsmayıl Qocayev
07:05 05.11.2019
Mədəniyyət
748
Xalq artisti Könül Xasıyevanın solo-konserti baş tutdu. Heydər Əliyev Sarayında keçirilən gecədə xanəndə sevilən mahnılarını səsləndirib. "Yaşamağa varmı güman" adlı konsert proqramında Xasıyevanı sənət dostları da tək qoymayıb. Onlar tamaşaçılar arasında əyləşərək, onu dinləyiblər. İki gün davam edən konsert proqramında səhnəyə dəvətli qonaqlar da təşrif buyurublar.
K.Xasıyeva konsertdə meyxanaçı Namiq Qaraçuxurlu ilə bir səhnəni bölüşəcəyini vəd etdiyindən bu duetin olmasını gözləyən tamaşaçılar intizarda qalıblar. Belə ki, konsertin birinci gecəsinə Namiq Qaraçuxurlu qatıla bilməyib. Başqa bir mərasimdə olan Namiq Qaraçuxurlu konsertin bitməyinə bir neçə dəqiqə qalmış Saraya çatıb. Konsertin ikinci gecəsində isə tamaşaçılar meyxanaçı ilə Xalq artistinin duetini dinləmək imkanı əldə ediblər.
İki günlük konsertdə bir çox müğənnilər Könül Xasıyevaya dəstək olmaq üçün səhnəni bölüşüblər. İki ildir oğlunu itirən və səhnədən uzaq düşən Zöhrə Abdullayeva da Könül Xasıyevanın könlünü sındırmayıb və səhnədə çıxış edib. Aşıq Zülfiyyə, aşıq Samirə, aşıq Əli və digərləri də tədbirə rəng qatıblar. Sona yaxın isə xanəndənin oğlu Kazım da davul ifa edərək anasına dəstəyini sərgiləyib. Kazımın çıxışı tamaşaçıların alqışını qazanıb. Konsert boyu Könül Xasıyeva ifaları ilə yanaşı, başına gələn maraqlı hadisələri də lətifə şəklində pərəstişkarları ilə bölüşüb. Konsertin sonunda xanəndə may ayında da konsert verəcəyini bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm