"Müğənnilərimiz sənəti 5 manat artıq qonorara satır"
İsmayıl Qocayev
10:03 13.07.2019
Mədəniyyət
1298
Elə səslər, elə ifalar var ki, onları yüzlərlə musiqinin içindən seçmək olur. Elə «Şərq»in budəfəki qonağı olan "Xalq ulduzu" layihəsindən məşhurlaşan Eldəniz Məmmədov da məhz o səs sahiblərindən sayılır. Qonağımızla maraqlı söhbətimiz alındı. Azərbaycanın dilbər guşələrini Avropadan çox sevən ifaçı elə bu yay da bölgələrimizdə dincəlməyə üstünlük verib.
- İl ərzində maraqlı layihələrinizlə diqqət çəkdiniz. Növbə istirahətə gəlib çatıb. Harda istirahət etməyi nəzərdə tutmusuz?
- İstirahət məkanı olaraq Azərbaycanın gözəl güşələrinə üz tutmaq niyyətim var. Ailəmlə birlikdə bu yay Şəki, Qax bölgələrinə üz tutmağa hazırlaşırıq.
- Nə əcəb Avropa ölkələrinə getməyi planlaşdırmadız. Axı məşhurların bir çoxu ora üz tutur...
- Əvvəla, tam səmimi deyirəm, Azərbaycanda elə gözəl yerlər var ki, min Avropaya dəyər. Xarici turistlər əbəs yerə istirahət üçün Azərbaycanı seçmir ki? Qaldı Avropa ölkələrinə, Türkiyəyə istirahətə getmək çətin deyil. Gedib dincəldiyim zaman da olub. Amma ailəliklə Azərbaycanda istirahətə üstünlük verirəm. Əsas səbəbi isə anamdır. Anam təyyarəyə minə bilmir. Ona görə də ölkədən kənara çıxa bilmirik. Anamsız istirahət etməyi də mən qətiyyən istəmirəm. Onsuz istirahət edə bilmərəm. Bir oğul kimi mənə elə gəlir buna haqqım yoxdu. Düzdü, uşaqlar getmək istəyir. Amma anam getmirsə, biz də gedə bilmərik. Ona görə də elə bu yay da Azərbaycanda dincəlməyə qərar vermişik.
- Yəqin ki, yeni mövsümə planların var.
- Təbii ki, sənətçi dayanmadan axtarışda olmalıdır. Payız aylarında yeni bir dəstgah lentə aldırmaq istəyirəm. Eyni zamanda yeni mahnılarım var, onları da lentə aldırmaq nəzərdə tutulub.
- Bu il Eldəniz Məmmədovun sənətinə dəyər verənləri konsert layihəsi gözləyirmi?
- İnşallah, qismət olsa Heydər Əliyev adına Sarayda solo-konsert vermək arzum var. Bunun üçün zaman lazımdı, məşq etmək, hazırlaşmaq vacibdir. Çünki elə böyük məkanda solo-konsert proqramı ilə çıxış etmək məsuliyyət tələb edir.
- Maraqlı duetləriniz də olur. Yeni duet təklifləri olubmu?
- Mən bir çox sənətçilərlə duet oxumuşam, xanım sənətçilərlə maraqlı duetlərimiz var. Yeni təkliflər gəlir. Amma mənim özümün arzuladığım duet ortaqları var ki, onlarla oxumaq istərdim. Aybəniz xanım Haşımova, Nəzakət Teymurova, Aygün Bayramova ilə duet oxumağı çox arzulayıram.
- Sizin professional səhnəyə gəldiyiniz dönəmdə səhnə daha rəngli, keyfiyyətli görünürdü. Hesab eləmirsiz bu gün səhnəmizin rəngi solğunlaşıb.
- İnanın, yaralı yerimə toxunmusuz. Bəli, illər öncə səhnəmizin səviyyəsi daha yüksək idi. Bu gün o keyfiyyət hiss olunmur. Bunun da bir çox səbəbləri var. İlk növbədə ifaçılar bu keyfiyyətsizliyə zəmin yaradıblar. Səhnədə mövsümü mahnılar yer alır. «Lakata-çıxada» mahnıların sayı gün geçdikcə çoxalır. İfaçılar da meyxanalı bəsit musiqilərə üstünlük verməyə başlayıblar. Hətta tanınmış müğənnilərin bəzilərinin də repertuarında son vaxtlar bu musiqiləri eşidəndə təəssüflənirsən.
Axı bununla gənc nəslin də zövqünü korlayırlar. Hərdən deyirlər ki, bizdən bunu tələb edirlər. Mən razı deyiləm. Mən oxuduğum toylarda niyə məndən belə mahnılar tələb olunmur? Sənətçi, ifaçı özü repertuarını elə təqdim etməlidir ki, ondan bəsit musiqi tələb etməyə utansınlar. Müğənnilərimiz bu gün sənəti 5 manat artıq qonorara satır. Sənət alver məkanı deyil ki, onunla biznes qurasan. Yaxşı mahnı ilə də toya dəvət almaq mümkündür.
Bu, həqiqətən biabırçılıqdı. Hərdən bəzi müğənnilərin repertuarını eşidəndə mən utanıram, xəcalət çəkirəm. Səhnədə keyfiyyətli musiqi olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm