Nemətov haqqında arxiv sənəd: Qohumlarının təyyarə ilə gediş haqqını teatrın hesabına ödəyibmiş
10:47 06.11.2019
Mədəniyyət
560
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovla bağlı arxiv sənədlər əldə edib. Ölkə.az xəbər verir ki, sənəddə Nemətovun qanunsuz olaraq öz qohumlarının təyyarə ilə gediş haqqını Teatr cəmiyyətinin hesabına ödədiyi qeyd edilir.
Səbail rayon Prokurorluğunun 28 yanvar 1994-cü il tarixində Teatr Xadimləri İttifaqının prezidenti Həsənağa Turabova göndərdiyi təqdimatı olduğu kimi təqdim edirik. Səbail rayonu üzrə Dövlət vergi müfəttişliyi Teatr Xadimləri İttifaqında və tabeçiliyində olan “Teafond” istehsalat birliyində qiymət intizamını və vergi qanunvericiliyinə əməl olunmasını yoxlamışdır. Yoxlama nəticəsində teatr cəmiyyəti 247.600 rubl, rəhbər işçiləri 120.000 rubl, “Teafond” isə 119.700 rubl cərimə edilmişlər.
Qeyd olunan aktlarla tanış olduqda müəyyən edildi ki, aşkar edilmiş çatışmazlıqlar və qanun pozuntuları bilavasitə Teatr cəmiyyətinin rəhbər işçisi M.Xəlilovun öz vəzifəsinə məsuliyyətsiz münasibətinin nəticəsidir, ki, bunun nəticəsində cəmiyyət uzun müddət rayon vergi müfəttişliyində qeydiyyatdan keçməmiş və buna görə də dövlətin büdcəsinə cəmiyyətdən vergi tutulmamışdır. Buna görə də cəmiyyət cəriməyə məruz qalmışdır. Bundan başqa, cəmiyyətin müdiri Nemətov qanunsuz olaraq teatr cəmiyyəti ittifaqında işləməyən bir sıra qohumlarını - Arif, Sevil, Nərminə Nemətovaların təyyarə ilə gediş haqqını cəmiyyətin hesabına ödəmişdir.
Qeyd edilən qanun pozuntularının cəmiyyətin müdiriyyətinin məsuliyyətsizliyi, vəzifələrindən istifadə halı kimi qiymətləndirilməli və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün prokurorluq haqqında qanunun 26-cı maddəsini rəhbər tutub xahiş edirəm.
1. Təqdimatın kollektivin iclasında müzakirə edib qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görəsiniz.
2. Pozuntulara yol verən şəxslər barədə tədbirlər görəsiniz.
3. Təqdimatın müzakirə nəticəsi və görülmüş tədbirlər barədə rayon prokurorluğuna bir ay müddətində məlumat verəsiniz. Səbail rayonu prouroru, III dərəcəli dövlət ədliyyə müşaviri H.M.Hüseynov.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm