Nizami Cəfərov: "Fəaliyyətimin dövlət tərəfindən qiymətləndirilməsi qürurvericidir"
13:14 01.11.2019
Mədəniyyət
1235
"Elm, mədəniyyət məbədi olan Azərbaycan Milli Kitabxanasında haqqımda hazırlanan biblioqrafiyanın və elektron bazanın təqdimatı keçirildi. Bunların ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edirəm".
Bu fikirləri Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Nizami Cəfərov. Biblioqrafiya” kitabının və “Nizami Cəfərov - 60” elektron məlumat bazasının təqdimatında jurnalistlərə müsahibəsində Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov deyib.
O bildirib ki, hər bir ziyalı, qələm adamı xalqının elmini, ədəbiyyatını həm öz xalqına, həm də dünyaya tanıtmağa çalışmalıdır.
“Mən də bu sahədə əlimdən gələni etməyə çalışıram. Mənim üçün qürurvericidir ki, fəaliyyətim dövlətimiz tərəfindən də yüksək səviyyədə qiymətləndirilir. 2019-cu il sentyabrın 20-də Prezident İlham Əliyevin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmağım mənim fəaliyyətimə verilən yüksək dəyərdir. Bu dəyər üçün Prezidentimizə xüsusi təşəkkürümü bildirirəm. Təltif olunmağım mənim üçün həm də böyük məsuliyyət deməkdir”, - deyə Nizami Cəfərov qeyd edib.
Kənan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm