O gün olsun, Şuşada görüşək
Yusif Sultanoğlu
08:33 05.11.2020
Mədəniyyət
992
Xalq artisti döyüşə getməyə hazırdır
Əvvəl böyüklərimizdən, valideynlərimzdən ötən əsrdə baş verən tarixi olayları dinləyirdik. İkinci Dünya müharibəsindən, birinci Dağlıq Qarabağ savaşından bəhs edirdilər. Biz də neyləyək? Sadəcə qulaq asırdıq.
Azdan-çoxdan məlumat öyrənirdik. Bir də rəhmətlik Çingiz Mustafayevin o ölümsüz kadrlarında düşmənimizin nə qədər azğın, qəddar olduğunu görürdük.
Bir sözlə, mən və yaşıdlarım o illəri yaşamamışıq, amma bilirdik. Ağrısını, acısını, yaşımızdan böyük olan bu torpaq həsrətini qəlbimizdə yaşadırdıq.
İndi isə tarixi anlara şahidlik edirik. Həm də qürurluyuq. Qalibiyyətimiz, zəfərlərimiz, uğurlarımız ürəyimizi dağa döndərir. Böyükdən-kiçiyə hər kəsin arzusu, diləyi təkdir: Qarabağ. O yerləri görən də, görməyən də həsrətdədir. İndi əsl Vətən müharibəsi, torpaq savaşı gedir.
Aktyor, Xalq artisti Əjdər Həmidov da “Sherg.az”a haqq savaşımızdan danışarkən bu cümləni təsdiqləyib. Sənətkar açıqlamasına davam edərək bunları söyləyib:
“Bir söz var. Deyir, torpağa su qatarsan palçıq, qanla qarışan zaman isə Vətən olar. Ona görə ordumuz sağ olsun. Böyük qələbələrlə, uğurlarla bizi çox sevindirir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Ordumuz irəliyə doğru gedir. Torpaqlarımız yavaş-yavaş işğaldan azad olunur. Biz ona görə fərəhlənirik, fəxr edirik”.
Ə.Həmidov, həmçinin ehtiyac yaransa döyüşə getməyə hazır olduğunu da vurğulayıb:
“Sovet dövründə çəkilən bir film var. Adı: Döyüşə qocalar gedir. Əgər məsləhətli olsa, Ali Baş Komandanımız uyğun görsə, əmr etsə, biz qocalar da döyüşə getməyə hazırıq. Vətən uğrunda, torpaqlarımız üçün vuruşmaq böyük şərəfdir.
Yeri gəlmişkən, bu döyüşlərdə şəhid olmuş oğullarımıza Allahdan rəhmət diləyirəm. Qalanlara cansağlığı arzu edirəm. O gün olsun, Şuşada görüşək. Bayrağımızı Şuşada, Xankəndində dalğalandıraq.
İnanıram ki, qısa müddətdə ordumuz qələbə çalacaq. Qarabağ Azərbaycandır!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm