Aktyor Fərda Xudaverdiyev acısını belə dilə gətirib:
Ölümünə el ağlayır, "Tək səbir" OĞLAN !
Yusif Sultanoğlu
07:40 19.03.2021
Mədəniyyət
2618
Xəbər verdiyimiz kimi, tanınmış aktyor Ramiz Hüseynzadə vəfat edib. Onun qəfil ölümü sənət dünyasını yasa boğub.
"Sherg.az" xəbər verir ki, dostları mərhum haqqında paylaşımlar ediblər.
Aktyor Fərda Xudaverdiyev acısını belə dilə gətirib:
"Allah sənə rəhmət eləsin, Ramiz qardaşım. İllərin dostu, "Tək səbir" Ramiz. Nə yaxşı ki, 9 gün öncə arzusunda olduğun məkanın açılışına gəldim və son dəfə görüşdük. Yerin behişt olsun. Dostlar, ölüm işə, yaşa baxmır. Odur ki, çalışaq, mehriban olaq".
Aparıcı Zümrüd Bədəlova isə aktyorun videosunu paylaşaraq bunları yazıb:
"Ona görə də həyatın, yaşamağın, sağlamlığın qədrini bilək. Mənə deyirdin, sən nə qədər gülürsən. Gəl, səni ağladım,sonra lentə alım. Ramiz, ağlatdın məni.Çox heyf. İnsan həyatı bir göz qırpımında bitir. Hamımız bir gün dünyadan köçəcəyik. Amma bu yaş üçün ölüm çox tez idi. Allah o dünyasını versin".
Xalq artisti Röya Ayxan da aktyorun ölümünə çox üzüldüyünü söyləyib.
Aparıcı Mətanət Əliverdiyeva R.Hüseynzadə haqqında bunları deyib:
" Qırx bir...bu Ramizin keçdiyi ömür yoludur. Və son. O, ürək tutmasından dünyasını dəyişdi. Yaradıcı insanlar həmişə tez köçür həyatdan. Öləndə deyirik ki, heyf cavan getdi. Bir dəfə doğuluruq, min dəfə yox!".
Aktyor Kənan Yusifov isə həmkarı ilə bağlı bu sözləri yazıb:
"Allah rəhmət eləsin. Ramiz gənc yaşda dünyasını dəyişdi. Bir neçə gün öncə yeni məkanının açılışında birgə idik. İnanmaq olmur".
Qeyd edək ki, Ramiz Hüseynzadə müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu
20:38 15.05.2026
Dünya
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya