Ordumuz dastan yazdı ! - “Səhərə kimi mahnı ifa etmişəm ki, səsim batıb”
Yusif Sultanoğlu
09:36 11.11.2020
Mədəniyyət
1149
Noyabrın 9-dan 10-a keçən gecə saat 2 radələrində bütün ölkəyə qələbə xəbəri yayıldı. Müharibə bitdi! Qarabağ bizimdir! Hər kəsin statusunda bu cümlələr əks olunurdu. Səbəbi isə Ermənistanın baş naziri Nikol Paşinyanın Feysbuk səhifəsində xalqına müraciət etməsi, bir növ təslim olduğunu açıqlaması idi. Düzü, sevinirdik, yenə də cənab Ali Baş Komandanın xəbəri təsdiqləməsini gözləyirdik. Elə də oldu. Döyüş əməliyyatlarının dayandırılmasına dair bəyanat imzaladı.
Və ölkə başçısı birbaşa özü qələbə xəbərini xalqa duyurdu. Ümumilikdə 9 bənddən ibarət olan razılaşma Ermənistanın məğlubiyyətinin növbəti sübutudur. Tarixi ədaləti bərqərar edən sənəddir.
Elə bu səbəbdən də Azərbaycan xalqı doya-doya qələbə sevincini yaşayır. 10 noyabr səhər saatlarından etibarən insanlar küçədə, yollarda xoşbəxtliklərini nümayiş etdirirlər.
Eynən Xalq artisti Mənsum İbrahimov kimi... Sənətkar zəfər hissini xalqla bir yerdə meydanlarda yaşayır...
“Sherg.az”la həmsöhbət olarkən isə böyük qələbənin təsirindən danışıb:
“Hamımız sevincliyik, qələbə hissləri yaşayırıq. Uzun illərdir bu duyğular bizə qismət olmurdu. 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz dastan yazdı. Düşmən məğlub oldu, biz qazandıq.
İndi qalib kimi öz qələbəmizi qeyd edirik.Millət meydanlarda, küçələrdə bayram ab-havasındadır. Xalqımızı, Ali Baş Komandanımızı təbrik edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, allah ordumuzu, cənab prezidenti qorusun.
Ona görə ki, bu zəfər bayramını bizə bəxş etdilər. Yenidən Qarabağımıza qovuşduq, bundan gözəl hiss ola bilməz”.
M.İbrahimov, həmçinin səhər saat 4-də “Şəhidlər Xiyabanına”getdiyini söyləyib:
“Evdə otura bilmədim, televizorda gördüm, Şəhidlər Xiyabanına gəldim... Oradakı camaata qoşuldum, canlı efirlərə bağlandım. Səhərə kimi o qədər mahnı ifa etmişəm ki, səsim batıb.
İstədim bayramımızı xalqımızla birgə qeyd edim.Onlarla zəfər sevincini yaşayım. Çox möhtəşəmdir. Həmin hissləri dillə izah etmək mümkün deyil. Onu da deyim ki, Qarabağ xalqımızı yumruq kimi birləşdirdi.
Birliyimizi Allah bizə çox görməsin. Həmişə belə qalaq. Həmrək olanda bizi heç kim yenə bilməz. Çünki bizimki haqq işidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm