Rəssamlarımız beynəlxalq festivalda - FOTO
12:46 06.11.2019
Mədəniyyət
779
Naxçıvandan olan rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər. Sherg.az xəbər verir ki, Türkiyənin Fethiye bölgəsində noyabrın 1-dən başlayaraq 8-dək davam edəcək “ II Dənizlərimiz və Rənglərimiz” Beynəlxalq Rəsm Plener-Festivalı keçirilir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri də festivalda iştirak edirlər. Egey və Ağ dəniz sularında iki hissəli olaraq keçirilən festivalda Azərbaycanımızı ,eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva , Naxçıvan Dövlət Universitetinin “Təsviri İncəsənət “kafedrasının müdiri, Naxçıvanın əməkdar rəssamı Həbibə Allahverdiyeva, Heydər Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, Rəssamlar Birliyinin üzvü Murad Nurlu, Naxçıvan Rəssamlar Birliyinin üzvləri Arzu Novruzov, Həbib Allahverdiyev , Bakı şəhərindən rəssam-keramikaçı Ramiz Abbasov və rəssam-heykəltaraş, musiqiçi Vədut Muəzzin təmsil edir.
Festivalın əsas hissəsi dənizdə keçirildiyindən, iştirakçılar iki gəmidə həm plenar ediblər, həm xüsusi olaraq dəniz altında plenar etmək üçün məşqlər keçiblər. Məşqlər 2 günlük, çox dərin məsafədə olmamaq şərti ilə professional dalğıclar tərəfindən keçirildikdən sonra, növbəti günlər su altında xüsusi kətanlar üzərində yağlı boyalarla əsərlər çəkilib. Rəssamlarımızın gərgin iş prosesinə baxmayaraq, rəssam dostların əhatəsində 9 Noyabr "Dövlət Bayraq günü"nü də qeyd edərək foto vasitəsi ilə əbədiləşdiriblər.
Qeyd edək ki, Azərbaycanlı rəssamlar su üstündə və dəniz altında ümumilikdə 25 əsər işləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm