Rəvan Habiloğlunun yaradıcılıq yolunu əks etdirən bu böyük, maraqlı layihə inşallah, oktyabr aylarına nəzərdə tutulur. Möhtəşəm bir məkanda təqdimatı olacaq. Düzünü desəm, layihənin həyata keçirilməsi üçün çox böyük vəsait tələb olunur. Yaxşı dostlarım və sənətimin fanatları var ki, onların da köməyi ilə bu layihəni həyata keçirmək üçün əlimdən gələni edirəm.
Rəvan Habiloğlu: "Türkiyədən böyük bir musiqiçi heyəti də dəvət olunacaq"
İsmayıl Qocayev
12:01 08.08.2019
Mədəniyyət
3450
"Öz layihəmdi deyə demirəm, həqiqətən analoqu olmayan bir yaradıcılıq məhsuludur"
Elə səslər, ifalar var ki, onlar hər gün efirlərdə görünməsələr, radio dalğalarından eşidilməsələr də, yaddaşlarda iz qoya biliblər. Xalq artisti Habil Əliyevin oğlu Rəvan Habiloğlu da o səs sahiblərindən sayılır ki, ifası sevilir, gündəmdə olmasa da, musiqilərinə tələbat var.
Mətbuatdan, efirdən uzaq düşən sənətçi ilə əlaqə yaratdıq. «Şərq»ə açıqlama verən Rəvan Habiloğlu Şamaxıdakı istirahətindən danışdı: «Hazırda Şamaxıda, öz doğma torpağımda istirahət edirəm. Buranın havası, suyu insanın ruhunu təzələyir. Soruşursuz ki, niyə Türkiyəyə, ya da başqa yerə istirahətə getmirəm? Dünyanın bir çox ölkələrində olmuşam.
Türkiyədə yetərincə yaşamışam. Amma dünyanın heç bir məkanını Azərbaycanla müqayisə etmək olmaz. Allah bizə elə bir təbiət, elə bir iqlim şəraiti verib ki, Azərbaycan cənnət məkanıdır. Sadəcə biz özümüzə dəyər verməyi bacarmırıq. Özümüzdə olanları qiymətləndirməyi bacarmırıq. Baxın, son vaxtlar turizm sahəsi inkişaf edir. Ölkəyə nə qədər turist gəlir. Sizcə, onların Azərbaycanı seçməsi səbəbsizdir? Azərbaycanın elə bir təbiəti var ki, burda dağ da, dəniz də, çay da var, bulaq da. İnsan istirahət üçün daha nə arzulaya bilər ki? Qaldı istirahət məkanlarında olan modern istirahət imkanlarına, bunu başqa yerlərdə də görmək olar. Amma Azərbaycanın bölgələrində olan gözəlliyi insan əli ilə yaratmaq olmur. Bunu təbiət bizə verib. Qədrini bilmirik».
Rəvan Habiloğlu ilə söhbətimiz zamanı sənətçi üzərində çalışdığı və hələ ki hamıdan gizlətdiyi möhtəşəm layihəsindən də danışdı: «Hazırda çox böyük bir layihə üzərində çalışıram. Bu barədə hələ ki heç bir yerdə açıqlama verməmişəm. İlk dəfə sizinlə bölüşürəm.
Rəvan Habiloğlunun yaradıcılıq yolunu əks etdirən bu böyük, maraqlı layihə inşallah, oktyabr aylarına nəzərdə tutulur. Möhtəşəm bir məkanda təqdimatı olacaq. Düzünü desəm, layihənin həyata keçirilməsi üçün çox böyük vəsait tələb olunur. Yaxşı dostlarım və sənətimin fanatları var ki, onların da köməyi ilə bu layihəni həyata keçirmək üçün əlimdən gələni edirəm.
Öz layihəmdi deyə demirəm, həqiqətən analoqu olmayan bir yaradıcılıq məhsuludur. Hələ Azərbaycanda heç kim belə bir layihə təqdim etməyib. Xüsusi senari əsasında, tamaşa şəklində təqdim olunan layihəyə Türkiyədən rejissor dəvət etmişəm. Hələ ki layihəyə dəvət etdiyim heç bir sənətçinin adını açıqlamaq istəmirəm, bir az sirli qalsın. Bircə onu deyə bilərəm ki, Türkiyədən böyük bir musiqiçi heyəti də dəvət olunacaq. Artıq onlarla danışılar aparılıb. Eyni zamanda 4 məşhur türk müğənnisi də mənim bu tamaşa tərzində olacaq layihəmdə iştirak etməlidir.
Yerli sənətkarlardan da 10-a yaxın müğənni Rəvan Habiloğlunun mahnılarını təqdim edəcək. Layihənin sonunda, kuliminasiya nöqtəsi kimi öz ifamda da bir parça təqdim etmək istəyirəm. Amma özümün layihədə müğənni kimi çıxış edib-etməyəcəyimə tam qərar verməmişəm. Amma düşünürəm. Bəlkə, elə, gecənin son akkordlarını özüm vurub, hesabatımı bu şəkildə tamaşaçıya təqdim etmiş olaram. Bahalı olduğu qədər də çox zəhmət və zaman tələb edən bir layihədir deyə, üzərində ciddi çalışıram. İnşallah, oktybrada sizə maraqlı bir gecə vəd edirəm».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm