Həmin həyatlar bədbəxt, xoşbəxt, ərköyün, xəstə, yaxud da kraliça ola bilir. Nakam məhəbbətə uğramış bir insanı canlandırırıq. Bəli, bu aktyor həyatıdır. Kənardan asan görünür.
“Səhnənin qoxusu və tozu üçün darıxmışam” - Fotolar
Yusif Sultanoğlu
13:44 14.01.2021
Mədəniyyət
794
Tanınmış aktrisa, xalq artisti Məleykə Əsədova teatra olan həsrətini dilə gətirib.
“Sherg.az”xəbər verir ki, o köhnə tamaşalardan fotolarını paylaşaraq bu sözləri yazıb:
“Teatr ikinci evimizdir, doğma məkanımızdır. Teatrda əsrləri fəth edən neçə-neçə insan taleləri yaşayır. Bir insan öz taleyini, razı, narazı yaxud xoşbəxt Allahın bəxş etdiyi ömrü yaşayır. Amma biz aktyorlar neçə-neçə insan taleləri canlandırırıq səhnədə. Buna ürək və dözüm gərəkdir.
Həmin həyatlar bədbəxt, xoşbəxt, ərköyün, xəstə, yaxud da kraliça ola bilir. Nakam məhəbbətə uğramış bir insanı canlandırırıq. Bəli, bu aktyor həyatıdır. Kənardan asan görünür.
Lakin çox çətindir. Hər dəqiqə ürək və beyinlə işləyən sənətdir. Məsuliyyətli və möhtəşəm işdir. Mükafatı isə tamaşaçı alqışıdır.
Ürəyimizi, həyatımızı səhnəyə qurban verdiyimiz aylar, illər ötür. Hər gün efirlərdə olsam da, evdə kitablarla, şerilərlə vaxt keçirsəm də ikinci evim üçün çox darıxıram.
31 ildir dövlət teatrındayam, 1 gün belə fasilə vermədən işləmişəm. İlk dəfədir ki, 8-9 aydır səhnəyə çıxmırıq. Bu aylar ərzində boş vaxtım da olmayıb. Müxtəlif janrlarda şeirlər hazırlamışam.
Yenə də Obrazlarımız, sənət dostlarımız, səhnə işçiləri, səhnənin qoxusu və tozu üçün darıxmışam. Mən səhnə üçün doğulmuşam”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət