Ukraynada akademik Zərifə Əliyeva anılıb - FOTOLAR
14:21 28.04.2021
Mədəniyyət
589
Bu gün Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli alimi, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə Azərbaycan səfirliyinin diplomatları, İrpen şəhərinin meri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, diaspor təşkilatlarının sədrləri, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi, gənclər və media təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə əklil qoyub, xatirəsinə dərin ehtiram ifadə olunub.
Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında, ictimai mühitində misilsiz xidmətləri olub:
“Azərbaycan tarixən görkəmli şəxsiyyətlər yetişdirib, onlardan biri də Zərifə xanımdır. Hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım Əliyeva güclü həyat yoldaşı kimi ümummilli lider Heydər Əliyevə həmişə böyük dəstək olub. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır”, - deyə səfir vurğulayıb.
İrpen şəhərinin meri Aleksandr Markuşin isə çıxışında qeyd edib ki, Zərifə Əliyevanın adını daşıyan park Ukrayna vətəndaşlarının istirahət etdiyi gözəl məkanlardan biridir:
“Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır”.
Sonra Aleksandr Markuşin İrpen şəhəri ilə əməkdaşlığın inkişafında göstərdikləri xidmətə görə səfir Elmira Axundova, səfirliyin müşaviri Vüsal Süleymanov, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov və müavini Həzi Aslanov medallarla mükafatlandırılıb.
Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko bildirib ki, bir neçə il öncə o dövrdə deputat olan indiki səfir Elmira Axundova və digər deputatlar məktəbə rəsmən Zərifə Əliyevanın adının verilməsi məsələsini qaldırdılar, İrpen şəhər Şurasına müraciət etdilər. Bu müraciətdən bir müddət sonra problem həllini tapdı və indi 12 saylı orta məktəb rəsmən Zərifə Əliyevanın adını daşıyır.
Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev çıxış edərək Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıblar. Qeyd ediblər ki, Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, cənab Prezidentimiz İlham Əliyevin anasıdır. Ulu Öndər Heydər Əliyev dövlət işində, Zərifə xanım Əliyeva elm və səhiyyə sahəsində böyük uğurlara yol açaraq məktəb yaratdılar.
Tədbirin sonunda Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşova kompozisiya ilə çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm