- "Alim Qasımovun niyyəti bəlkə də səs-küyü bir qədər yavaşıtmağa xidmət edir? Hər halda bunu özü yaxşı bilər!"
"Alim Qasımovu Üzeyir Mehdizadə ilə duet oxuduğuna görə qınayırlar. Ötən əsrin 80-ci illərindən Alim Qasımovun pərəstişkarıyam. Düşüncəmə görə bu böyük sənətkar nə edirsə düz edir. Onun susmağı da nəğmədir. Üzeyir bəstəkar müğənni və meyxanaçıdır. Heç kim onun istedadını inkar etmir. İndi gəlin "kədərli" göstəricələrə baxaq".
Sherg.az xəbər verir ki, bu sözləri keçmiş deputat, təhsil eksperti Etibar Əliyev qeyd edir. Onun sözlərinə görə, Üzeyirin oxuduğu bir popuriyə 25 milyon, Alim Qasımovun "Şahnaz təsnifi"nə 512 min dəfə baxılıb:
"Damlanın bir popurisinə 50 milyon, Flora Kərimovanın "Eşqimə şahid zaman" şedevrinə isə 302 min dəfə baxılıb.
Flora Kərimova Damla ilə duet oxusa nə baş verərdi?
Realıq öz-özünə yaranmır. Onun müəllifi cəmiyyətdir.
Roman və poeziya da belədir. Detektiv və bayağı romanlar ciddi və düşündürücü romanlardan qat-qat çox oxunulur.
Sosial şəbəkələrdə də anoloji tragediya yaşanılır.
Dahi İosif Brodski (1940-1996) yaşadığı dövrü necə gözəl təsvir edib: "Mən yazmağa başlayanda ədəbiyyat yüzə yaxın müəllifi əhatə edirdi. İndi kitab dükanına girmək, solist və qrup albomlarıyla zəngin val-plastinka dükanına girməyə bənzəyir. Bütün bu albomlardakı qruplar və solistləri dinləmək mümkün deyil, çünki buna heç ömür də bəs etməz. Həm də ona görə ki, onların əsas üslubu-səs küydür. Bütün bunlar müasir ədəbiyyata da aiddir. Onun didaktik səs-küyü, bu səs-küydən fərqlənmir".
Alim Qasımovun niyyəti bəlkə də səs-küyü bir qədər yavaşıtmağa xidmət edir? Hər halda bunu özü yaxşı bilər!".