Üzücü xəbər: Ağadadaş əməliyyat olundu - FOTO
Yusif Sultanoğlu
12:09 21.04.2021
Mədəniyyət
902
Xərçəng xəstəliyinə tutulan müğənni Ağadadaş Ağayev əməliyyat olunub.
“Sherg.az” xəbər verir ki, bu barədə onun dostu, jurnalist Hacı Nuran məlumat yayıb. O İnstaqram səhifəsində sənətçi ilə fotolarını paylaşaraq bunları yazıb:
“Çox ağır xəbər oldu, inanmaq istəmədim. Ürəyimdə “bəlkə” dedim. Amma illərin dostu A.Ağayevin xərçəng xəstəliyinə tutulması və Türkiyədə müalicə alması doğru imiş. Əsrin bəlasına çevrilən xərçəng Ağayevlər ailəsinə də yol açıb. Demə sənətkar həyatda qalmaq üçün mübarizə aparırmış və bu gün əməliyyat olundu. Belə məqamlarda nə deyəcəyini bilmirsən. Çünki xəstəlik yatağı ağırdır.
Bunu öz canında, qanında hiss edən bir adam kimi bilirəm. Ağadadaşın dərdi mənə çox yaxındır. Özümü pis hiss edirəm. Bu ağır günündə onun yanında ola bilmirəm. Gücüm dualara çatır.
Doğmaları pərişan, pərəstişkarları qəmlidir. Sevimli müğənniyə xəstəlik xəbəri yaraşmır. Biz onu toylarda görməyə alışmışıq, xəstə yatağında yox. Ağadadaş dərdini içində yaşayan adamdır. Xərçəngdən əziyyət çəksə də, bu barədə kiməsə bir söz deməyib. Öhdəsindən gələcəyini düşünüb. Məncə, qalib gələcək. O möhkəm, əzimli insandır. Tez sağal, sənsiz səhnəni təsəvvür etmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm