Vətənpərvərlik ruhlu kliplərə ciddi fikir vermək lazımdır
Yusif Sultanoğlu
07:53 28.10.2020
Mədəniyyət
844
Hazırda mühüm məsələlərdən biri də vətənpərvərlik mövzusunu incəsənətdə düzgün əks etdirməkdir. Məsələn, son günlər çəkilən milli ruhlu kliplərdə, layihələrdə hərbi qaydaların pozulması, həmin çəkilişlərdəki kobud səhvlər ciddi müzakirələrə səbəb olur. Hər kəsin iradı birdir: hərbi geyimlərdəki qüsurlar, döyüş səhnələrindəki nöqsanlar yolverilməzdir. Nəzərə almaq lazımdır ki, düşmən uydurmalar, yalanlar yaymaq üçün hər məqamdan faydalanır. Ona görə daha diqqətli olmalı, düşmənin dəyirmanına su tökməməliyik.
Lakin təəssüflə qeyd edirik ki, şou-biznes əhlinin layihələri, klipləri həmin hərbi səhvlərlə doludur. Ən çox da formalarda, geyimlərdə onların naşılıqları özünü büruzə verir. Bütün bunlar təbii olaraq ictimaiyyətdə tənqid hədəfinə çevrilir.
Bəs, belə halların qarşısını almaq üçün nə etməli? Həmin məşhurların milli mövzuda iş görməzdən əvvəl məsləhət alması daha düzgün olmazmı?
Məsələni “Sherg.az”a şərh edən Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib ki, vətənpərvərliklə bağlı çəkilən kliplər təqdirəlayiqdir:
“Lakin onlarda hansısa səhvə yol verilibsə, ortaya çıxarılmaması məsləhətlidir. Ona görə klipləri çəkməzdən əvvəl hərbi mütəxəssislərə müraciət etsinlər. Onların tövsiyələrindən faydalansınlar. Beləliklə ciddi səhvlər yaranmasın. İstər hərbi geyimi, istərsə də səhnələri nəzərə alaraq ekspertlərlə danışmalıdırlar. Ondan sonra çəkiliş olmalıdır.
Çox güman ki, birinci dəfədir. Çoxdandır belə işləri olmayıb, yeni başlayıblar. Ona görə səhvlərə yol verilib. Yəqin ki, gələcəkdə həmin nöqsanlar aradan qaldırılacaq. Vətənpərvərlik mövzusunda yenidən işləri olacaq. O cümlədən gələcək işlərində belə problemlər yaşamayacaqlar. Onu da qeyd edim ki, həmin səhvlərə yol verən məşhurlara xəbərdarlıq edilməlidir.
Eyni zamanda Mədəniyyət Nazirliyi və bu məsələlərlə məşğul olan insanlar onları məlumatlandırmalıdır. Hazırlanan layihələr indiki dövrə uyğun olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial