Xalq artisti Ramiz Məmmədov vəfat edib
12:06 21.03.2021
Mədəniyyət
2459
Tanınmış teatr və kino aktyoru, Akademik Musiqili Teatrın aktyoru Ramiz Məmmədov vəfat edib.
Bu barədə Sherg.az-a jurnalist Əli Novruzəliyev məlumat verib.
O xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Ramiz Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alır, elə ilk günlərdən özünün fitri istedadı, özünə məxsus oyun tərzi ilə kollektivdə nəzərini cəlb edir, ilk rolları ilə tamaşaçıların get-gedə böyük rəğbətini qazanır.
"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edir. Zəhmətsevərliyi, təşəbbüskarlığı, sənətə böyük məhəbbəti və bənzərsiz oyun tərzi ilə seçilən aktyor bu yolu uzun müddət davam etdirərək öncül sənətkarlar sırasına çıxır.
Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanır.
R. Məmmədov teatra sədaqətlə bağlanan, onun qayğılarına fədakarlıqla xidmət göstərən bir insandır. Onun 1988-ci ildən 1996-cı ilədək teatrın böhranlı vəziyyətində ağır repertuar yükünü çiyinlərində daşıması dediklərimizə sübutdur.
2001-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüş 2013-cü ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülmüş R. Məmmədov indi yaradıcılığının çiçəklənmə və inkişaf dövrünü yaşayır. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
Turan Etibaroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Survivor 2026”nın final tarixi açıqlanıb
20:42 15.05.2026
Şou
6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu
20:38 15.05.2026
Dünya
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm