"Yatsaq yuxumuza girməzdi"
Yusif Sultanoğlu
08:38 19.11.2020
Mədəniyyət
1306
Mirələm ordumuzun qələbə təəssüratlarını bölüşüb
İkinci Dağlıq Qarabağ müharibəsini zəfərlər, sevinclər müşayiət etdi. 44 günlük haqq savaşımız layiq olduğumuz böyük qələbə ilə sona çatdı. İndi qələbədən sonrakı hüzurun, sükutun bizi ağuşuna almasına icazə veririk. 30 illik yanğına su səpib, fərəhlə işğaldan azad edlimiş torpaqlara addım atacağımız günü gözləyirik.
Elə bil Azərbaycanda 1 milyon deyil də, 10 milyon məcburi köçkün var. Hər birimiz sanki orda dünyaya göz açmış kimi səbirsizlənirik. Hələ planlar da qururuq. Şuşada, Zəngilanda, Kəlbəcərdə əsarətdən qurtulan bütün torpaqlarda ürəklə gəzəcəyimiz günü gözləyirik.
Sevilən xanəndə Mirələm Mirələmovla söhbətimizdə təxminən eyni fikirləri dilə gətirdi. Çox vaxtı olmadığından qısaca təəssüratlarını bizimlə bölüşdü: “Əhval-ruhiyyəmiz yüksək səviyyədədir.
Döyüşlər gedəndə də belə idik. Müharibə zaman cəbhə bölgəsinə də yollandım. Həqiqətən o sevinci, ab-havanı izah etmək olmur. 30 ildir gözlədiyimiz qələbədir. Yatsaq yuxumuza girməzdi.
Ona görə qələbə sevincimizin həddi-hüdudu yoxdur. Onu da qeyd edim ki, bir üzümüz gülürsə, o biri ağlayır. Şəhidlərimizə görə üzülürük. Lakin şəhidsiz də torpaq almaq olmaz. Allah onlara rəhmət eləsin, ailələrinə səbr versin. Yaralı hərbçilərimizə də şəfa diləyirəm. Analarının əllərindən öpürük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm