Yazıçı deputata haqq qazandırdı: “Kino sənayesinə ayrılan pullar hara gedir?!”
Yusif Nəzərli
12:54 01.02.2022
Mədəniyyət
979
“Dünyanın hər yerində kinodan alınan vergi ilə dövlətin büdcəsi formalaşır”
“Bizdə isə dövlət öz büdcəsindən kinoya vəsait ayırır. Ayrılan pullar hara gedir, hansı formatda xərclənir bilinmir. Hazırda bu yöndə qətiyyən yaxşı işlər görülmür”
Fevralın 1-də Milli Məclisin 2022-ci ilin yaz sessiyasında ilk plenar iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Deputat Fazil Mustafa gündəliyə daxil olan məsələlər haqqında danışarkən ölkəmizdə kino istehsalına diqqət çəkib. O bildirib ki, kino haqqında qanunun üzərində mütləq yenidən işləmək lazımdır:
“Dünyada bizim kimi ölkələr kino sahəsindən öz büdcələrinə xeyli əlavə edə bilir. Amma ölkəmiz bu sahədə tamamilə geridə qalıb. Qonşu ölkələrlə müqayisədə kino sənayesi bizdə çox bərbad vəziyyətdədir. Son illər bizdə çəkilən filmlərin sayına, keyfiyyətinə və dünyaya çıxışına diqqət etsək, görərik ki, burda çox ciddi problemlər var” .
Yazıçı, ssenarist Cəlil Cavanşir deputatın fikirlərinə münasibət bildirib. O, bu haqda “Sherg.az”a danışarkən söyləyib ki, ölkəmizdə dövlət hər il kinonun inkişafına milyonlarla vəsait ayırır:
“Bu işdən məsul olan adamlar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kino Şöbəsi həmin vəsaitləri düzgün istiqamətləndirmir. Təsəvvür edin , Ermənistan ikinci Qarabağ savaşında məğlub tərəf olsa da, artıq orda müharibənin ağrılarını əks etdirən dünya səviyyəli film çəkilib. Hətta məğlub tərəf öz problemini film formatında dünyaya çatdıra bilib. Bizsə, qələbə qazansaq da, hələ də qələbəmizi əks etdirən sanballı bir film ortayan qoya bilməmişik”.
Ssenaristin fikrincə, bunun səbəbi Mədəniyyət Nazirliyinin kino ilə məşğul olan qurumunun yarıtmaz fəaliyyətindədir:
“Çünki bu şöbə ayrılan vəsaiti düzgün bölüşdürmür. Fazil bəy haqlıdır. Dünyanın hər yerində kinodan alınan vergi ilə dövlətin büdcəsi formalaşır. Bizdə isə dövlət öz büdcəsindən kinoya vəsait ayırır. Ayrılan pullar hara gedir, hansı formatda xərclənir bilinmir. Hazırda bu yöndə qətiyyən yaxşı işlər görülmür”.
Yazarın qənaətinə görə, dövlət kino siyasətinə yenidən baxmalı və artıq bu sahəyə vəsait ayırmağı dayandırmalıdır:
“İndi müstəqil rejissor və pradakşınlara şərait yaradılmalıdır. Eyni zamanda kino ilə bağlı vergilər azaldılmalıdır ki, Azərbaycan kinosu inkişaf edə bilsin. Əks halda bu inkişaf mümkün deyil” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya