Hazırda Fəxri Xiyabanda dövlət adamları da uyuyur, xalq artistləri, xalq şair və yazıçıları, hətta vaxtilə milli hökumətimizə qarşı olmuş bəzi şəxslərin məzarları da var orda. Fəxri Xiyabanda dəfn edilmək dövlət qurumları tərəfindən tənzimlənir və bu zaman həmin qurumların vəfat etmiş şəxsə konkret münasibəti əsas rol oynayır. Şəxsən mən çox istərdim ki, Fəxri Xiyaban kultu ortadan qaldırılsın. Dövlətin az qala bütün orden və medallarını, təltiflrini almış insanlarımız var ki, bu gün həyatdadırlar, artıq yaşlanlblar və onların çoxu Fəxri Xiyabanda dəfn edilmək arzusu ilə yaşayır. Aralarında ziyalılar, akademiklər, alimlər var. Hansı ki, cəmiyyətə gərək olan anda ondan bir söz soruşanda, hansısa vacib məsələyə münasibət bildirməsini istəyəndə qınayıcı tərzdə deyir ki “istəyirsən məni Fəxri Xiyabanda basdırmasınlar?!”. Yəni, Fəxri Xiyaban aludəçiliyi onları asılı vəziyətə salıb. Fəaliyətlərini məhdudlaşdırıb.
Yetimə baxan yoxdur, atam balası - Uşaq evinin Arifi Fəxri Xiyabana yaxın düşə bilməzdi...
Məlahət Rzayeva
12:46 09.05.2021
Mədəniyyət
3062
Xalq artisti Arif Quliyevin Fəxri Xiyabanda deyil, “Qurd qapısı” məzarlığında dəfn edilməsi ictimai təpkilər yaratdı. Sosial şəbəkələrdə “xalq artisti niyə Fəxri Xiyabanda dəfn edilmədi?”, “Arif Qliyevə “Fəxri”də yer tapılmadı, amma korrupsioner məmurlara tapılır” kimi qəzəbli rəylər də yazıldı.
Son dövrlərdə Fəxri Xiyabanla bağlı təbəqələşmə getdiyi açıq görünür. Kimin, daha doğrusu vəfat etmiş tanınmışın, məşhurun varlı-karlı qohumu, vəzifədə olanı varsa, Fəxri Xiyabanın qapıları “üzünə” açılır. Yox əgər, vəfat edən Arif Quliyev kimi uşaq evi “uşağı”dırsa Fəxri Xiyabana yaxın düşə bilməz. Şəxsən bu sətirlərin müəllifi üçün öldükdən sonra harada dəfn olunmağın heç bir önəmi yoxdur, bəri başdan deyim. Əsas müsəlmanın müsəlman olaraq dəfn edilmıs, vacib əməllərin yerinə yetirilməsidir. Torpaq hər yerdə torpaqdır. Cansız – ruhsuz bədən artıq bir işə yaramadığı üçün onun harada – “Fəxri”dəmi, adi qəbistanlıqdamı dəfn edilməsi əhəmiyyət daşımır. İnsanın doğulduğu torpaqda dəfn edilmık istəyi bir başqadır və bunun bizim mövzuya aidiyyəti yoxdur. Lap aidiyyəti olsa da, ruh ki diridir, insanın ruhunun rahat olması yetərlidir. Bunun üçünsə, bu dünyada əməli saleh olmaq lazımdır ki, canda çıxmış ruhun da rahat olsun. Hər halda Arif Quliyev həyatının böyük bir hissəsini insanları güldürməyə, insanlara xoş ovqat bəxş etməyə, sevindirməyə sərf etdi. Onu ölkədə tanımayan yəqin ki, tapılmazdı. Xalqa yaxın idi, xalqın istəklisi idi. Sadə camaat onu sevirdi. Dövlət də Arif Quliyevin əməyini dəyərləndirmişdi və “Xalq artisti” fəxri adı verilmişdi. Amma demək ki, “xalq artisti” fəxri adı Fəxri Xiyabana aparılmaq üçün kifayət deyilmiş. Bəs daha nə lazımdı, Fəxri Xiyaban üçün? Könlündən Fəxri Xiyaban keçənlər üçün bilməkdə xeyir var.
Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, Fəxri Xiyabanda dəfn olunmaq üçün konkret təlimat yoxdur. Heç bir sənəddə “Fəxri Xiyabanda kimlər, hansı halda dəfn edilə bilər” deyə yazılı bir qaydaya da rast gəlinmir.
Hazırda Fəxri Xiyabanda dövlət adamları da uyuyur, xalq artistləri, xalq şair və yazıçıları, hətta vaxtilə milli hökumətimizə qarşı olmuş bəzi şəxslərin məzarları da var orda. Fəxri Xiyabanda dəfn edilmək dövlət qurumları tərəfindən tənzimlənir və bu zaman həmin qurumların vəfat etmiş şəxsə konkret münasibəti əsas rol oynayır. Şəxsən mən çox istərdim ki, Fəxri Xiyaban kultu ortadan qaldırılsın. Dövlətin az qala bütün orden və medallarını, təltiflrini almış insanlarımız var ki, bu gün həyatdadırlar, artıq yaşlanlblar və onların çoxu Fəxri Xiyabanda dəfn edilmək arzusu ilə yaşayır. Aralarında ziyalılar, akademiklər, alimlər var. Hansı ki, cəmiyyətə gərək olan anda ondan bir söz soruşanda, hansısa vacib məsələyə münasibət bildirməsini istəyəndə qınayıcı tərzdə deyir ki “istəyirsən məni Fəxri Xiyabanda basdırmasınlar?!”. Yəni, Fəxri Xiyaban aludəçiliyi onları asılı vəziyətə salıb. Fəaliyətlərini məhdudlaşdırıb.
Ə.Qəşəmoğlu xalq artisti, xalq şairləri və yazıçılarının əddinədn çox olduğunu da dedi:
- Ölkədə nə qədər xalq artisti, xalq şairi, xalq yazıçısı var. Onların hamısını vıfat etdikdə Fəxri Xiyabanda dəfn etmək faktiki mümkün deyil. Elə adamlar xalq artisti adını “alıb” ki, siz də razı olmassınız onun Fəxri Xiyabanda dəfn olunmağına. Söhbət Arif Qulyevdən getmir. Arif Qulyevə Allah rəhmət eləsin, həqiqətən sevimli sənətkar idi, gülüş ustası idi. Amma xalq artistlərini hamısı sevimli deyil. Bəzilərinin bu adı hansı yollarla əldə etdiyi də məlumdur. Eləcə də xalq şairi fəxri adı. Sovet vaxtı xalq şairləri Səməd Vurğun idi, Rəsul Rza, Süleyman Rüstəm, biri də Məmməd Rahim. Bax, Məmməd Rahimə hansı kriteriyalara əsasən xalq şairi fəxri adı verildiyini bəzi insanlar azdan-çoxdan bilir. Halbuki bir çox şairimizin poeziyası Məmməd Rahim poeziyasından dəfələrlə güclüdür. Ona görə də xalq artisti və ya xalq şairi fəxri adına söykənib filankəs niyə Fəxri Xiyabanda dəfn edilmədi, filankəs dəfn edildi”, söyləmək doğru alınmır. Çünki bu məsələdə pərakəndəlik var və konkret meyar da yoxdur. Sabah qondarma akademiki də aparıb Fəxri Xiyabanda dəfn edə bilərlər. Fəxri Xiyabanda gərəksiz adamlar var (məzarları - red.). Halbuki orada ölkənin böyük əksəriyyətinin, xalqın həqiqətən sevdiyi insanlar dəfn edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm