"5-6 aya "Yeni Azərbaycan" bir nömrəli qəzetə çevriləcək"
07:33 14.09.2021
Media
1128
Alqış Həsənoğlu: “Hakim partiya olmağın yolu ictimai rəyə hakim olmaqdan keçir”
Məlum olduğu kimi tanınmış jurnalist Alqış Musayev (Həsənoğlu) yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub. Bununla bağlı YAP İdarə Heyətinin ötən gün keçirilən iclasında qərar qəbul edilib. Bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru millət vəkili Hikmət Babaoğlu idi. O, YAP-ın yeni qərarı ilə Milli Məclisdə hakim partiyanı təmsil edən deputatların əlaqələndiricisi funksiyasını yerinə yetirəcək. Xatırladaq ki, Alqış Həsənoğlu əvvəllər də uzun müddət qəzetin baş redaktoru olub.
Təyinatla bağlı “Şərq”ə danışan və fikirlərini bölüşən baş redaktor bildirib ki, bu, cənab Sədrin və Yeni Azərbaycan Partiyası rəhbərliyinin qərarıdır. A.Həsənoğlu vurğulayıb ki, ulu öndərin və cənab Prezidentin əsgəri kimi ona hansı vəzifəni münasib bilsələr, orada xidmətini icra edəcək:
“Təbii ki, bu, etimaddır. Etimadın böyüyü, kiçiyi olmur. Düşünürəm ki, bu etimad həm də üzərimə qoyulan böyük məsuliyyət yüküdür. Bundan sonra əsas məsələ mənə göstərilən etimadı doğrultmaqdır. Bunun üçün məsuliyyətin ən xırda detallarına qədər mənimsəmək, işləmək lazımdır. Bu gün Azərbaycan mətbuatı özünün çətin dövrünü yaşayır. Bu reallığı “Yeni Azərbaycan” qəzetinə də şamil etmək mümkündür. Hətta deyərdim ki, “Yeni Azərbaycan” qəzetinin hazırkı durumu ölkə mətbuatının vəziyyətindən daha ağırdır. Gecə-gündüz işləmək lazımdır. Problemlər çoxdur. Qəzetin texniki imkanları məhduddur. Texniki imkanlar isə artıq tükənmək üzrədir”.
Baş redaktor qeyd edib ki, texniki avadanlıqların köhnəliyi hər hansı dəyişikliyə mane olur:
“Qəzetin yeni formata keçməsi üçün yeni dizayn vermək lazımdır və əfsuslar ki, bizim köhnə kompüterlərimiz buna imkan vermir. Adi dizaynı vermək belə qeyri-mümkündür". Sözümün canı odur ki, görüləsi iş həddindən artıqdır. Müasir dövr yeni impuls və yanaşma tələb edir. Populyarlığı qaytarmaq üçün bir sıra yeni şərtlərə cavab vermək lazımdır. Hər şeydən öncə maddi-texniki bazanı tamamilə yeniləməliyik”.
A.Həsənoğlu hər şeyə rəğmən, “Yeni Azərbaycan”a əvvəlki nüfuzunu qaytaracağını söyləyib:
“Böyük işlər görmək arzusundayıq. Əgər nəzərdə tutduqlarımızı gerçəkləşdirə bilsək, “Yeni Azərbaycan” 5-6 ay ərzində Azərbaycanda bir nömrəli qəzetlərdən birinə çevriləcək. İctimai rəyə təsir edən ciddi tribunalardan biri olacaq. Əslində belə də olmalıdır. Yeni Azərbaycan Partiyası ümummilli və hakim partiya olduğuna görə, onun qəzeti də ictimai rəyi formalaşdıran alternativsiz tribuna olmağı bacarmalıdır. Əsas məsələ budur”.
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm