Əflatun Amaşov qınadı: "ATƏT-in bəyanatı təəssüf doğurur"
Ayyət Əhməd
07:15 23.10.2019
Media
628
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ATƏT-in bəyanatına münasibət bildirib. Ə.Amaşov Feysbuk səhifəsində qeyd edib ki, oktyabrın 19-da Bakıda müxalifət nümayəndələrinin icazəsiz aksiyası ilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlar tərəfindən bəyanatlar səsləndirilir:
“Bu bəyanatların müəyyən qismi jurnalistlərin prosesi işıqlandırmaları vəziyyəti ilə bağlıdır. İddia olunur ki, 19 oktyabr mitinqində media təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinə ciddi maneçilik törədilib, onlara görünməmiş təzyiqlər göstərilib. Obyektiv və subyektiv səbəblərdən hansısa qurumların, səfirliklərin belə mövqeyini müəyyən mənada təbii qarşılamaq mümkündür. Ancaq bu sayaq əsassız, qeyri-ciddi yanaşmanın ATƏT kimi nüfuzlu təşkilatın media üzrə nümayəndəsi tərəfindən də dövriyyəyə buraxılması təəccüb doğurur”.
Ə.Amaşov qeyd edib ki, Azərbaycan Mətbuat Şurası mitinqdən öncə jurnalistlərə və hüquq-mühafizə orqanlarının təmsilçilərinə çağırış edib:
“Jurnalistləri üzərində «PRESS» yazılmış gödəkcələrdə olmağa, ikinciləri isə birincilərin mitinqi işıqlandırmalarına şərait yaratmağa çağırdıq. Bunu izləmək üçün Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri aksiya yerində oldular. Konkret mobil telefon nömrələri elan edildi və bildirildi ki, jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrlə əlaqə saxlaya bilərlər. Aksiya gedişində monitorinq qrupunun üzvlərinə müraciət edənlər də oldu. Ancaq müraciətlər jurnalistlərin aksiyanı işıqlandırmaları ilə bağlı ümumi mənzərəyə hər hansı təsir göstərmədi. Mənzərə isə bu idi ki, mitinqdə jurnalistlərin informasiya əldə etmələrinə şərait yaradılıb.
Aksiyanın keçirildiyi elə bir yer olmadı ki, orada jurnalistin fəaliyyətinə maneçilik törədilsin. Bunu mitinqlə bağlı yayılmış video-görüntülərin çoxluğu da təsdiq edir. Bu mənada ATƏT-in media üzrə nümayəndəsi Harlem Dezirin jurnalistlərin məlumat yaymaq hüquqlarını heç bir qorxu və maneə olmadan icra edə bilmədiklərinə dair fikri birmənalı şəkildə qərəzlidir. Anlaşılan bu ki, cənab Dezir aksiya ilə bağlı görüntüləri izləməyib, ümumiyyətlə prosesdən xəbərsizdir. Görəsən, o, hansı mənbənin məlumatına söykənərək bu qənaətə gəlib? Hər halda mitinqdə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacağını öncədən bəyan edən yeganə təşkilat olan Mətbuat Şurasının fikrini öyrənməyib.
Qərəzliliyi, qeyri-obyektivliyi şübhə doğurmayan daha bir məqam budur ki, ATƏT-in media üzrə nümayəndəsi təzyiqə məruz qaldığını iddia etdiyi KİV-lərin adlarını çəkir. Nəzərə almır ki, jurnalistlərin əksəriyyəti gödəkçədəydilər. H.Dezirin qeyd etdiyi KİV-lərin nümayəndələri isə başqalarından heç nə ilə fərqlənmirdilər. Onlar digərləri ilə birlikdə demək olar, eyni yerdə eyni mənzərəni lentə alırdılar. Necə ola bilərdi ki, polis təzyiq göstərmək, fəaliyyəti məhdudlaşdırmaq üçün kimisə fərqləndirsin?
Bəli, belə görünür, cənab Dezir əvvəlcədən hazırladığı və konkret hədəfləri olan bəyanat mətnini yayıb. ATƏT kimi nüfuzlu qurumun təmsilçisinin daşıdığı həssas vəzifəyə bu qədər məsuliyyətsiz yanaşması təəssüf doğurur”.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol