Əhməd İsmayılov: "Avrasiya Media Forumu beynəlxalq ünsiyyət platformasıdır"
19:00 16.09.2021
Media
813
Bu il XVII Avrasiya Media Forumun əsas missiyası dəyişməz olaraq qalır - ölkələr və qitələr arasında etimad mühitinin formalaşdırılması, eyni zamanda, regionda media subyektlərinin və mütəxəssislərinin birgə fikir mübadiləsinin təmin olunması və perspektivlər barədə müzakirələrin aparılmasıdır.
Bunu Nur-Sultanda keçirilən “2021: Dünya yeni mənalar axtarışında” adlı XVII Avrasiya Media Forumunda iştirak edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov AZƏRTAC-a müsahibəsində bildirib.
Avrasiya Media Forumunun onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platforması olduğunu vurğulayan Ə.İsmayılov deyib ki, forumda Azərbaycandan olan nümayəndə heyətinin iştirakı əməkdaşlığın davam etdirilməsi istəyinin göstəricisidir. Forum regionda media subyektləri ilə işin qurulması təcrübəsinin öyrənilməsi, həmçinin ölkəmizdə də belə bir təcrübənin həyata keçirilməsinə kömək edəcək.
“Düşünürük ki, həm medianı narahat edən amillərin, həm də dünyada gedən proseslərdə medianın iştirakı məsələsinin dərindən öyrənilməsi belə media forumlar sayəsində mümkün olacaq. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstanın aidiyyatı qurumları ilə görüşlər keçirir. Hər iki ölkənin media nümayəndələri arasında informasiya mübadiləsinin təmin olunmasına dəstək göstərmək və bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik”, - deyə MEDİA-nın icraçı direktoru bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm