Təbii ki, bu, ölkədə dırnaqarası jurnalistlərin sayını minimuma endirər və peşəkar jurnalistlərin işləyə bilmələri üçün zəmin yaradar. O zaman çoxsaylı kütlə də doğru informasiya alar.
Hər yerindən duran özünə jurnalist deyə bilməyəcək
08:39 19.01.2021
Media
770
Vahid kart sisteminin yaradılması media sahəsinə böyük səliqə-səhman gətirəcək
"Arzu edərdik ki, vahid formalı jurnalist vəsiqələrinin statusu və imkanları ölkəmizin qanunvericiliyi ilə qəbul olunsun, tanınsın"
Media sahəsində böyük islahatlara start verilib. Artıq bir sıra məsələlərlə yanaşı vahid vəsiqə sisteminin yaradılması da müzakirə mövzusuna çevrilib. Jurnalistlər üçün vahid vəsiqənin olması çox mühüm elementdir və bu, qardaş ölkə Türkiyədə və bir çox qərb ölkələrində mövcuddur.
Fərz edək ki, ölkədə jurnalistlərin vahid mətbuat vəsiqəsi mövcuddur.
Təbii ki, bu, ölkədə dırnaqarası jurnalistlərin sayını minimuma endirər və peşəkar jurnalistlərin işləyə bilmələri üçün zəmin yaradar. O zaman çoxsaylı kütlə də doğru informasiya alar.
Şübhəsiz ki, vahid vəsiqə sisteminin yaradılmasından bəhs etmək nə qədər asandırsa, onu tətbiq edib vəziyyəti ələ almaq isə bir o qədər də çətindir.
KİV üçün yaradılacaq vahid xidməti vəsiqələr effektiv olacaqmı, yaradılarsa nələri əldə etmiş olarıq? Bu yöndə dövlət çoxsaylı mediaya nəzarət edə biləcəkmi?
Suallarımızı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, MŞ sədrinin müavini Müşfiq Ələsgərli cavablandırdı və mövzu ilə bağlı "Şərq"ə ətraflı açıqlama verdi:
"Vahid kart sistemi bir çox ölkələrdə tətbiq olunur və çox gözəl effekt verir. Eyni zamanda, qonşu Türkiyədə də bunun bir nümunəsi var. Orada isə sarı kartlar tətbiq edilir. Dünyanın beynəlxalq təşkilatları da belə vəsiqələrdən istifadə edir. Məsələn, Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistlərin beynəlxalq tanıtım kartını, yəni, vahid formalı vəsiqələrdən istifadə edir.
Sözügedən vəsiqələrin tətbiq olunması öncə ona görə əhəmiyyətlidir ki, burada kartı almaq istəyən jurnalistlər üçün müəyyən standartlar cızılır və həmin standartlar jurnalistlərin kimliyinə aydınlıq gətirir. Yəni jurnalist kimdir, hansı mətbuat işçiləri dəyərləndirilməlidir, kimlər təltif olunmalıdır və s. münasibətlərə bu şəkildə aydınlıq gətirilir.
Eyni zamanda, vahid jurnalist vəsiqəsinin özünəməxsus müəyyən statusları olur. Lakin bu, ölkədən-ölkəyə dəyişir. Məsələn, elə ölkələr var ki, bu kartların sahiblərinə müəyyən sosial güzəştlər edilir, bəzilərinə peşə prinsipləri baxımından imtiyazlar verilir və s. yəni bu sahədə də müəyyən qrafika var.
Bu baxımdan, vahid formada vəsiqənin verilməsini dəstəkləyirəm.
Əslində, bir neçə il öncə Mətbuat Şurası həmin kartların verilməsinə başlamışdı. Amma o prosesi başa çatdırmaq mümkün olmadı. Çünki bizim qanunvericilikdə həmin kartın standartları nəzərdə tutulmamışdı. Ona görə də Mətbuat Şurası həmin prosesi tamamlaya bilmədi.
İndi yeni yaradılan media agentliyinə qanunvericiliklə müəyyən statuslar verilir. Eyni zamanda, yeni media qanunu qəbul olunması üçün təşəbbüs irəli sürülüb. Bu baxımdan arzu edərdik ki, vahid formalı jurnalist vəsiqələrinin statusu və imkanları ölkəmizin qanunvericiliyi ilə qəbul olunsun, tanınsın. Sonra isə bunun praktiki baxımdan tətbiqinə başlanılsın.
Yəni bu, jurnalistikada xeyirli bir addımdır və çox lazımlı məsələdir.
Ona görə də tətbiq olunması zəruridir. Bir şərtlə ki, bu məsələ qanun çərçivəsində olsun. Çünki hər hansı bir məsələ qanunvericilikdə öz əksini tapmayanda onu sona qədər davam etdirmək olmur. Bu baxımdan, istərdik ki, bu məsələ də qanunvericilikdə öz yerini tapsın".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm