İcraçı direktor: “Xarici media subyektlərinin təcrübəsi yerli media qurumlarında tətbiq olunacaq”
12:46 13.01.2021
Media
635
Xarici media subyektləri ilə yerli media subyektləri arasında əməkdaşlıq üçün tədbirlərin həyata keçirilməsi düşünülür.
Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real tv”yə müsahibəsində məlumat verib.
Əhməd İsmayıl bildirib ki, bu istiqamətdə hazırda iki tədbirin keçirilməsi nəzərdə tutulur:
“Nizamnaməyə görə ilk olaraq yerli media subyektləri ilə xarici media subyektləri arasında informasiya mübadiləsinin həyata keçirilməsinə köməklik olunması məqsədilə platformanın yaradılması nəzərdə tutulur. İkinci olaraq isə, yerli media subyetklərində olan mütəxəssislərin xarici həmkarları ilə təcrübələrinin paylaşılması, əlaqələrin formalaşdırılmasını nəzərdə tutulur”.
Media subyektlərinə bu dəstəyin forması barədə danışan Ə.İsmayıl bildirib ki, sözügedən istiqamətlərdə agentliyin fəaliyyətinin seminarlardan ibarət olacağını bildirib:
“Yerli və xarici mütəxəssislərin iştirakı ilə jurnalistlərə təlimlərin keçirilməsi, müasir standartlara uyğun təcrübələrin ötürülməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün seminar və treninqlərin təşkil olunması nəzərdə tutulur. Bu jurnalistlərin və media subyektlərində çalışan digər şəxslərin də peşə fəaliyyətlərinin artırılmasına xidmət edəcək. Xarici media subyektlərinin təcrübəsini, biznes modelini öyrənib yerli media strukturlarında tətbiqi ilə bağlı imkanlar nəzərdən keçiriləcək. Medianın İnkişafı Agentliyinin bu tədbirlərdə məqsədi media subyektlərinin dünyada mövcud olan standartlar çərçivəsində iqtisadi müstəqilliyə nail olmasıdır”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm