Jurnalistlərə İRAD !- “Əsirlikdən qayıdanların yarasını sözlə qanatmayın”
Yusif Sultanoğlu
16:26 07.01.2021
Media
658
“İşgəncələrdən, çətin günlərindən sual vermək onların duyğularını istismar etmək deməkdir”
“Eyni zamanda bu, həmin şəxslərə yenidən psixoloji travma yaşatmaqdır”
Uzun müddətdir düşmən əsarətində olan şəxslərin bir hissəsi 14 dekabr 2020-ci ildə dövlətimizin səyi nəticəsində geri qaytarıldılar. Məsələn 6 ildir əsir həyatı yaşayan Dilqəm Əsgərov və Şahbaz Quliyev də yurda dönənlər içərisindədir. Hər biri tibbi və psixoloji müaiyinədən keçdikdən sonra evə buraxıldılar. Ailələrinə qovuşan həmvətənlərimiz zaman-zaman mətbuata açıqlamalar verir, başlarına gətirilən dəhşətli hadisələr və işgəncələrdən danışırlar. Bəzən isə jurnalist həmkarlarımız onlara məruz qaldıqları işgəncələrdən suallar verirlər.
Nəticədə ağrılı günlərdən keçən müsahibin əsirlik günlərini yada salaraq, həmin acıları yenidən yaşamasına səbəb olurlar. Sosial şəbəkələrdə də istifadəçilər mövzuya biganə qalmayıb, iradlarını bildirirlər. Onlar media nümayəndələrinin əsirlikdən qayıdan şəxslərə gördükləri amansız əzab-əziyyətlə bağlı sual ünvanlamalarını yanlış hesab edirlər.
Biz də məlum məsələni media eksperti Zeynal Məmmədli ilə müzakirə etdik. Mütəxəssis belə halların duyğu istismarı olduğunu söylədi:
“Bilirlər ki, əsirlikdən qayıdan həmvətənlərimizə cəmiyyətdə böyük maraq var. Ona görə su-istifadə edirlər. Nəticədə həmin şəxslərə yenidən əzab yaşadırlar. Şübhəsiz ki, onların əsirlik müddətindən bəhs olunmalıdır. Lakin o insanların özlərini danışdıraraq deyil. Onların həkimləri, psixoloqları, ailəsi var. Yəni məlumatı dolayı yolla almaq lazımdır. İlk növbədə həkimləri ilə əlaqə saxlamaq olar.
Məcbur deyil ki, bu adamları göstərib, özlərindən müsahibə götürələr. Onlarla fəxr etmək üçün başqa fomada məqalələr, sujetlər hazırlaya bilərik. Məsələn həmin şəxslərin qayğıları, bundan sonrakı işləri, arzuları haqqında suallar yönləndirərik. Beləliklə, həm televiziyada, həm də yazılı mediada onları qəhrəmana çevirərik.
Amma işgəncələrdən, çətin günlərindən sual vermək onların duyğularını istismar etmək deməkdir. Eyni zamanda bu, həmin şəxslərə yenidən psixoloji travma yaşatmaqdır. Bu jurnalistlərin qeyri-peşəkarlığından doğur. Lakin qeyri-peşəkarlıqdan da uzağa gedən məsələdir. Yarıtmaz erməni qüvvələrinin mənfur əməllərini indi biz edirik.
Sadəcə o şəxsə şprislə spirt vurmuruq. Sözlə yarasını qanadırıq. Birmənalı şəkildə yolverilməzdir. Dediyim kimi həkim müsahibələrindən istifadə edə bilərik. Bir də onlar qaytarıldıqdan sonra dindirilirlər. Lakin ictimaiyyətə açıqlanmır. Həmin ifadələr vasitəsilə də xalqı məlumatlandırmaq olar”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm