KİVDF "Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı"nı təqdim edir
07:12 09.12.2020
Media
575
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankını təqdim edir.
KİVDF-dən "Sherg.az"a verilən məlumata görə, “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən layihələrin elektron qaydada həyata keçirilməsini təmin etmək üçün yaradılıb.
“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” media subyektləri və nümayəndələri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu arasında müsabiqələrə dair elektron informasiya mübadiləsini təmin etməklə sürətli və operativ fəaliyyətin həyata keçirilməsinə zəmin hazırlayacaq, bu sahədə elektron informasiya mühitini formalaşdıracaq.
Müsabiqələrin təşkili, müraciət üçün tələb edilən sənədlərin qəbulu, müraciətlərə baxılması və nəticələrin elan edilməsi prosesində səmərəliyinin artırılması, Fond tərəfindən həyata keçirilən layihələrin yerinə yetirilməsi və həmin layihələr üzrə hesabatların təqdim edilməsi prosesinin sadələşdirilməsi, informasiya mübadiləsinin tamlığının və etibarlılığının təmin edilməsi “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”nın əsas məqsədlərindəndir.
“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələri və jurnalistlərin də layihələrə müraciətini asanlaşdıracaq, bu prosesin daha əlçatan və çevik formada həyata keçirilməsinə şərait yaradacaq.
Elektron informasiya bankına mib.kivdf.gov.az linkindən və ya kivdf.gov.az saytından istifadə etməklə daxil ola bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya