Ləkə varsa, silinməlidir
Yusif Sultanoğlu
09:44 27.04.2021
Media
882
"Televiziyalar millətin elektron güzgüsü olmalıdır"
Aydın Xan Əbilov: "Fikrimcə, MTRŞ-nin qərarı yüngül olub, onu bir az da ağırlaşdırmaq lazım idi. Digər kanallar da baxıb belə mənfi hadisələri ictimai əhəmiyyət kəsb edirmiş kimi insanlara çatdırmasınlar"
Ötən günlərdə Zaur Baxşəliyevin "Bizimləsən" verilişi Milli Televiziya və Radio Şurasının qərarı ilə 1 günlük bağlandı və ATV cərimələndi. Buna səbəb Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxışı olub.
Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Zaur Baxşəliyevi dəstəkləyənlər də var, qınayanlar da. Sənət dünyasının tanınan nümayəndələri isə Zaurun yanında oldular. Aparıcının nöqsanı nə qədər böyük olsa da, şou əhli onun tərəfini tutdu.
Mövzu ilə bağlı "Şərq"ə danışan Vətəndaş Cəmiyyət Alyansı TŞ rəhbəri, Yeni Yazarlar və Sənətçilər İB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, televiziyadakı bu kimi mənfi hallara qarşı ağır cəzaların tətbiq edilməsinin tərəfindədir:
"Çox güman ki, həmin qadının psixoloji problemləri var. Üç yaşlı qızı ilə, 10 yaşlı oğlan uşağı arasında hansısa bir hadisə olmasını cəmiyyətə bu şəkildə çatdıran insandan normal hal gözləyə bilmərik. Onun özü cinayət törədib. Cinayət məcəlləsində uşaqlarla bağlı qadağalar mövcuddur. Ümumiyyətlə, bir uşağın cinayət işində onun fotosunu, adını yayımlamaq olmaz. O qadın isə əməlini bir kanalda səsləndirib. Fikrimcə, MTRŞ-nin qərarı yüngül olub, onu bir az da ağırlaşdırmaq lazım idi. Digər kanallar da baxıb belə mənfi hadisələri ictimai əhəmiyyət kəsb edirmiş kimi insanlara çatdırmasınlar. Həmin şəxs 10 yaşlı oğlan uşağının cinsiyyət orqanını kəsdiyini rahatca danışa bilir və bunu da televiziyanın qəhrəmanı kimi bizə sırıyırlar. Belə anormal adamlardan yenə var. Beləliklə iki uşaq oynayarkən, biri o birini bilmədən yıxarsa, əlinə bıçaq alıb ona zərər yetirəcək. Təbii ki, bu, bütün mental dəyərlərə ziddir və qanunvericiliyə qarşı bir olaydır. Fərq etmir hansı kanaldır, belə hal baş verirsə, bağlanmalıdır, cəzalandırılmalıdır".
Ekspertin fikrincə, belə verilişlərin fəaliyyəti dayandırılmalıdır:
"Bu barədə fikirlərimizi bildirmişik. Ona görə həmin kanallar bizə qadağalar qoyub. Lakin onlar bizim dostlarımızdır və həmin səhvləri etməməlidirlər. Məncə, televiziya millətin elektron güzgüsü olmalıdır. Əgər ləkə varsa, silinməlidir. Niyə 44 günlük Vətən müharibəsində iştirak edən qazilərimizin problemləri işıqlandırılmır, onları incidən məmurlar tənqid edilmir?
Belə bir qadını isə “qəhrəman” kimi göstərirlər. Sosial verilişlərin gündüz, uşaqların yatmadığı bir vaxtda efirə verilməsi düzgün deyil. Pandemiya dövrü ilə əlaqədar xalqın psixoloji vəziyyəti gərgindir.
Belə bir zamanda həmin proqramların yayımlanması qəbuledilməzdir. MTRŞ ictimai liderləri, QHT rəhbərlərini, mədəniyyət xadimlərini və bizim kimi ekspertləri bir yerə yığıb müzakirə etməlidir.
Həm də MTRŞ-nin nəzdində də ictimai şura olmalıdır. Həm nəzarətedici, həm də MTRŞ-yə belə məsələlərdə köməkçi olarlar. Beləliklə bu tipli hadisələrdə dövlətlə birgə mübarizə apararlar".
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial