Media sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin gücləndirilməsinə dair müzakirə...- FOTO
12:59 10.09.2021
Media
1023
Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Beynəlxalq TURAZ Akademiyası Konqresi çərçivəsində Bakıda səfərdə olan RTÜK-ün rəhbəri Əbubəkr Şahin və Üst Qurumun digər üzvləri sentyabrın 10-da Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarovla görüşüblər.
"Sherg.az" xəbər verir ki, görüşdə İsmət Səttarov iki qardaş ölkə arasında Birgə Media Platformasının fəaliyyətinin gücləndirilməsi, media sahəsində bilik və təcrübə mübadiləsinin daha da intensivləşdirilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlərdən danışıb.
O, Türkiyənin rəqəmsal media sahəsində biliklərinin paylaşılmasının, müxtəlif media təmsilçiləri ilə tərəfdaşlığın qurulmasının əhəmiyyətini vurğulayıb. Şura sədri beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasının vacibliyini qeyd edib.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsindən, strateji media ortaqlığının yaradılmasından bəhs edib. Qardaş ölkənin Vətən müharibəsi zamanı göstərdiyi mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu bildirən Ə.İsmayılov Medianın İnkişafı Agentliyinin fəaliyyəti barədə qonaqları məlumatlandırıb.
Əbubəkr Şahin öz növbəsində ikitərəfli əlaqələrin gücləndirilməsində və əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm