MEDİA Ulu Öndər Heydər Əliyevə həsr edilmiş tədbir keçirib - FOTO
Yusif Nəzərli
09:49 10.05.2021
Media
918
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən media ekspertlərinin və nümayəndələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfrans formatında tədbir keçirilmişdir.
"Sherg.az" xəbər verir ki, "Ümummilli lider Heydər Əliyevin informasiya siyasəti və Azərbaycan mediasının inkişafı” mövzusunda reallaşan tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Heydər Əliyev və müstəqillik dövründə dövlət-media siyasəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi tərəfindən qeyd edilmişdir ki, müasir Azərbaycan mediasının inkişafı Ulu Öndərin adı ilə bağlıdır və ölkəmizdə senzuranın aradan qaldırılması, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məhz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən mətbuatımızın inkişafına verilmiş töhfələrdir. Bu gün dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən Ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasi kursun uğurla davam etdirildiyi, media sahəsində islahatların daha da dərinləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin uğurla həyata keçirildiyi vurğulanmışdır.
Videokonfransda iştirak edən media ekspertləri və nümayəndələri Ümummilli lider Heydər Əliyevin informasiya siyasətindən və müasir medianın yeni çağırışlarından danışıblar. Tədbir iştirakçıları çıxışlarında onun müstəqil medianın inkişafında tarixi rolunu qeyd etmişdir. Həmçinin Ulu Öndərin vaxtilə “Jurnalist” jurnalına verdiyi müsahibəsində medianın mahiyyətini dəqiqliklə ifadə edən “media dövlət ilə cəmiyyəti birləşdirən canlı sinirdir” fikri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Mediaya verilmiş bu tərifin elmi, nəzəri və praktiki baxımdan bütün aspektləri müzakirə edilmiş və müasir çağırışlar dönəmində də aktual olması xüsusi vurğulanmışdır.
MEDİA Agentliyinin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzmüşlər.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm