MEDİA:"...Keyfiyyətli jurnalistikanın əhatə dairəsi daha da genişlənəcək"
07:23 27.04.2021
Media
672
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət satınalmaları tətbiq şərtlərindən asılı olaraq müxtəlif metodlarla həyata keçirilə bilər. Tender, təkliflər və kotirovka sorğusu kimi bir mənbədən satınalma da qanunla müəyyənləşdirilən metodlardan biridir.
Belə ki təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda həmin təşkilatın qeyd olunan metoddan istifadə etmək hüququ vardır.
"Sherg.az" xəbər verir ki, bu barədə MEDİA-dan bildirilib. Açıqlamada qeyd olunub ki, MEDİA Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin və müşahidəçi dövlətin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin III toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VIII iclasının 09-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilməsinin təşkili məqsədilə istinad olunan hüququndan istifadə etmiş, yaşadığımız tarixi mərhələdə xüsusi əhəmiyyət kəsb edən beynəlxalq səviyyəli tədbir həm yerli, həm də xarici mediada geniş işıqlandırılmışdır.
Təəssüflə qeyd etmək istərdik ki, cəmiyyətdə baş verən hadisələrin mediada ədalətli, balanslı, obyektiv və qərəzsiz işıqlandırılması jurnalistikanın ən başlıca vəzifələrindən olsa da, peşəkar və məsuliyyətli jurnalistikanın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bir sıra media nümayəndələri tərəfindən hələ də tam mənimsənilməmişdir. İnanırıq ki, media sahəsində həyata keçirilən və Agentliyin də əsas tərkib hissəsi olduğu islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək və ali məqsədi həqiqəti yaymaq, əsas peşəkarlıq meyarı isə obyektivlik olan keyfiyyətli jurnalistikanın əhatə dairəsi daha da genişlənəcəkdir.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial