Orduya aid qorunan məlumatların yayılmasının qarşısının alınmasına dair TƏDBİR
Yusif Nəzərli
11:18 28.07.2022
Media
665
Mətbuat Şurasında sosial şəbəkələrdə və elektron mediada ordu ilə bağlı qorunan məlumatların, habelə dezinformasiyaların yayılmasının qarşısının alınması ilə bağlı tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbirdə ölkənin bir sıra media orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. O, son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən heç bir rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmasına görə öz narahatlığını ifadə edib.
Bildirib ki, xüsusən Azərbaycan Ordusu ilə bağlı tirajlanan saxta məlumatlar Silahlı Qüvvələrin nüfuzuna xələl gətirir.
Sosial media və sosial şəbəkələrin cəmiyyət üçün açıq qapı olduğunu vurğulayan “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu isə deyib ki, burada asan şəkildə dezinformasiyalar yayıla bilir.
O, bunun qarşısının alınmasının zəruri olduğunu bildirib.
R.Arifoğlu bildirib ki, hazırda Azərbaycana qarşı informasiya müharibəsi Vətən müharibəsi dövründəkindən daha amansızdır. O, buna görə də media nümayəndələrini sosial şəbəkələr vasitəsilə daha da aktivlik nümayiş etdirməyə çağırıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə qeyd edib ki, sosial şəbəkələr heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərir.
O buna baxmayaraq, həm sosial şəbəkələrdə, həm də elektron mediada yalan və saxta məlumatların, dezinformasiyaların yayılmasının yolverilməz olduğunu vurğulayıb.
Əməkdar jurnalistin sözlərinə görə, əgər kimsə bilərəkdən yalan və saxta, eyni zamanda orduya xələl gətirən, böhtan atan məlumatlar yayırsa, bununla bağlı qərar verilməlidir.
Tədbir çıxışlarla davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət