Professor: “Yerli qəzetlər hadisələrin bilavasitə yanındadırlar”
Banuçiçək Kalbalıyeva
07:46 04.11.2020
Media
1698
Biz bu günlər mətbuatın cəmiyyət həyatındakı rolunu bir daha dərk etdik. Ayrı-ayrı KİV baş verən hadisələrlə bağlı auditoriyaya operativ, obyektiv informasiyalar ötürməkdədir. Bu yerdə KİV-in tipologiyasını yada salmalı oluruq. Təəssüf ki, indi region qəzetləri ümumrespublika media orqanlarına nisbətən daha az kütləvidir. Əlbəttə, sözügedən problemin ən müxtəlif səbəbləri var.
Amma bu, həmin qəzetləri “gözüm çıxdıya salmağımıza” əsas vermir. Əksinə, ayaqda saxlamalıyıq. Çünki mətbuat “cəmiyyətin güzgüsüdür”. Rəhmətlik Həsən bəy Zərdabinin dediyi kimi, hər bir vilayətin qəzeti həmin vilayətin aynasıdır.
BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmmədli bu barədə daha ətraflı “Sherg.az”a danışıb:
“Beynəlxalq mətbuat sistemində, eləcə də, Azərbaycan media məkanında mətbuatın tipoloji xarakteri onun informasiya siyasəti ilə müəyyənləşir. Mətbuatın, o cümlədən qəzetin informasiya siyasəti onun ünvanlandığı auditoriyaya bağlıdır.
Çox yerdə olduğu kimi, Azərbaycan media məkanında da ümumrespublika, böyük şəhərlərin oxucu auditoriyasına ünvanlanan qəzetlərimiz, ayrı-ayrı sahələri nəzərdə tutan mətbuat orqanlarımız var. Bu sistemdə hələ 1930-cu illərdən sovet mətbuat aləmində özünü göstərən rayon qəzetləri xüsusi yer tutur.
Əlbəttə, Azərbaycan müstəqillik əldə etdikdən sonra rayon qəzetləri partiya orqanı statusundan xilas olub azad jurnalist fəaliyyəti dövrünə qədəm qoydu. Lakin, çox təəssüf ki, rayon-yerli qəzetlər maliyyə çətinlikləri ilə üzləşib rayon icra hakimiyyətlərindən asılı vəziyyətə düşdülər. Belə halda bu qəzetlər müəyyən diktələrlə qarşılaşdılar, oxucularını itirdilər.
Halbuki yerli qəzetlər hadisələrin bilavasitə yanındadırlar. Onlar rayon camaatına daha aktual olan problem və hadisələri ən populyar başqa mətbuat orqanlarından daha operativ və daha dəqiq işıqlandıra bilərlər.
Bizim regionlarımızda bu gün çətinliklərlə olsa da, həmin peşəkarlığı qoruyub saxlayan qəzetlər mövcuddur. Bizə elə gəlir ki, Azərbaycan media sisteminin mühüm tərkib hissəsi olan rayon qəzetlərini yaranmış böhrandan çıxarmaq yaxşı olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya