Qarabağda müxbir postları ! - “İnformasiya bağları bərpa olunur”
Banuçiçək Kalbalıyeva
14:01 25.12.2020
Media
785
“İçimizdəki həvəsə sistemli, düşünülmüş obraz gətirməliyik”
“Qarabağın bundan sonrakı informasiya təhlükəsizliyi məsələsinə sistemli yanaşılmalıdır”
“Elə etməliyik ki, Zəngilan, Füzuli, Şuşay, Kəlbəcər və başqaları ilə bağlı yaradılan internet resursları dünya miqyaslı olsun”
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bir sıra önəmli məqama diqqət çəkib. O, deyib: “İşğaldan azad olunan rayonlarda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin müxbir postlarının yaradılması istiqamətində iş gedir” Sədrin sözlərinə görə, bununla bağlı artıq müraciət olunub:“Bu, bizim ideoloji hədəfimizdir. İndiki halda qeyri-mümkündür. Hələ ki, biz sadəcə çəkilişlərlə kifayətlənirik. Hazırda həmin ərazilər minalardan təmizlənir”.
“Təkcə AzTV deyil, bütün ölkə mediası həmin ərazilərdə müxbir postunun yaradılmasını istəyir. Növbəti ildə biz hərbi jurnalistikanın inkişaf etdirilməsi istiqamətində proqram hazırlamışıq. Həmçinin 2021-ci ildə kadr potensialını gücləndirəcəyik”, - deyə R. Məmmədov qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov “Sherg.az”a belə bir təşəbbüsün zəruriliyindən danışıb:
“İşğaldan azad olunmuş rayonlarımızda həyatın bütün sahələrinin, o cümlədən media mühitinin də canlanmasına ciddi ehtiyac var. Bu, milli təhlükəsizliyimiz üçün son dərəcə vacib amildir.
1990-cı illərin əvvəlləri yaxşı yadımdadır. Biz Qarabağı həm də ona görə itirdik ki, ərazi ilə etibarlı informasiya bağımız yox idi. Obyektiv və subyektiv səbəblərdən danışmaq münkündür.
Amma gələcəyə baxılmalıdır. Keçmişin acı dərslərindən nəticə çıxarmalıyıq. Eyni zamanda gələcəyin şərtlərini təmin etməliyik. Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti hazırda Qarabağ ruhludur.
O cümlədən də mediamız. Baxıram, jurnalistlərimiz işğaldan azad olunmuş rayonlarımıza getməyə, reportajlar, məqalələr hazırlamağa həvəslidirlər. Bu, gözəl haldır.
Ancaq içimizdəki həvəsə sistemli, düşünülmüş obraz gətirməliyik. Yerli telekanalların işğaldan azad olunmuş bölgələrimizdə müxbir postları qurulmalıdır. Artıq bununla bağlı AzTV rəhbərliyinin konkret təşəbbüsü var. Bunu alqışlayıram”.
Ə.Amaşov, həmçinin digər vacib məqamlara da toxunub:
“Eyni zamanda ona da diqqət yetirək ki, işğaldan azad olunmuş rayonlarımızın mətbu nəşrləri də var. Bir çoxu çətin şəraitdə olsa da, məhdud imkanlarla yenə fəaliyyətdədir. Onlardan məlumatlıyıq. Belə nəşrlərin işi gücləndirilməlidir. Bunun üçün dövlət dəstəyi də göstərilə bilər. Bir vacib məqam da var: İndi internet əsridir.
Biz elə etməliyik ki, tutalım, Zəngilanla, Füzuli ilə, Şuşayla, Kəlbəcərlə bağlı yaradılan internet informasiya resursu dünya miqyaslı olsun. Şuşa Azərbaycanın mədəniyyət incisidir. Təsəvvür edin ki, orada fəaliyyət göstərən telekanal dünyaya çıxış imkanına malikdir, özü də izlənilir. Bu, informasiya təhlükəsizliyi baxımdan son dərəcə mühümdir.
Həmçinin digər bölgələrimiz baxımından da eyni sözü söyləmək mümkündür.
Bir sözlə, Qarabağın bundan sonrakı informasiya təhlükəsizliyi məsələsinə sistemli yanaşılmalıdır. Elə fəaliyyət göstərilməlidir ki, Azərbaycan bölgəyə tam sahiblənsin. 30 ilə yaxın müddət az deyil.
Azərbaycan dövlətinin, eləcə də ictimai sektorun, təşkilatların Qarabağda tam fəaliyyət göstərməsinin təminatı quruculuq, abadlıq işləri qədər vacibdir”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm