“Rüşvətxorlar jurnalistikada reketçiləri yaradırlar”
Yusif Nəzərli
10:45 29.07.2022
Media
965
Son dövrlər ölkədə “reket jurnalistika”sına qarşı mübarizə güclənib. Reketçiliklə məşğul olan qəzet, sayt, media “outletləri”, ayrı –ayrı şəxslər, hətta QHT-lər ifşa edilir. İnsanlara “reketçilik” anlayışının nə olduğu zəruri olaraq aşılanır və mübarizə yolları göstərilir. Hətta bununla bağlı Baş prokuror Kamran Əliyev kanalların birinə müsahibə də verib.
O, qeyd edib ki, “reket jurnalistika” şərti termindir:
“Burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bu, bəzən jurnalist fəaliyyətindən istifadə etməkdir və ya jurnalistlərin öz fəaliyyətidir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən elə sosial media istifadəçiləri tərəfindən də yol verilir. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmədir.
Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, tək jurnalistikada deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik və bu kimi faktlarları aşkarlayıb şəxsləri məsuliyyətə cəlb edirik”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna.az” saytının təsisçisi Elçin Şıxlı da reketçiliyə öz münasibətini bildirib. O, “Sherg.az”a açıqlmasında qeyd edib ki, jurnalist reketçiliklə məşğul olursa, deməli o, jurnalist deyil:
“O, cinayətkardır. Cinayətkarla da Cinayət Məcəlləsinə, yaxud İnzibati Məcəlləyə uyğun şəkildə davranmaq lazımdır.
Müşahidə etməyə heç bir ehtiyac yoxdur. Yəni, kimsə reketçiliklə məğul olursa, o şəxs jurnalistlər sırasından çıxır.
Bununla da Kamran Əliyev məşğul olmalıdır. Əlində dəlil varsa, tutsun və ifşa etsin.
Nə qədər ki, rüşvət alan məmurlar var, onlar hər zaman rüşvət verməyə hazır olacaqlar.
Çünki özləri rüşvətxordurlar. Bu səbəbdən də üstlərinə gələn adamlara pul verirlər ki, sirləri açılmasın.
Bir sözlə, bu qarşılıqlı prosesdir. Rüşvətxorlar jurnalistikada reketçiləri yaradırlar. Mənim üstümə kimsə gəlsə, heç kimə pul verəsi deyiləm.
Çünki mənim korrupsiya ilə bağlı heç bir problemim yoxdur. Korrupsiya ilə problem olanlar rüşvət verməyə hazırdırlar. Ona görə də jurnalistlər və digərləri arasında reketçilər əmələ gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət