Səadət Yusifova: "Azərbaycanın Vətən müharibəsində media siyasəti daha hazırlıqlı idi"
Yusif Nəzərli
11:52 21.07.2022
Media
592
Azərbaycan informasiya blokadasına alındığı Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsində daha hazırlıqlı idi.
APA xəbər verir ki, bunu “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan mövqeyinin dünya ictimaiyyətinə obyektiv çatdırılmasına nail olub: “Prezident İlham Əliyevin müharibə dövründə 30-dan çox beynəlxalq media nümayəndəsinə müsahibələri beynəlxalq arenaya çıxış oldu. Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsində aparılan media siyasəti dünya ictimaiyyətinin rəyini tarazlamağa imkan verdi”.
Səadət Yusifovanın sözlərinə görə, azad olunmuş ərazilərə səfərlərin təşkili 30 il ərzindəki erməni mifini darmadağın etdi: “Bərpa-quruculuq işləri ilə də Azərbaycan nümunə oldu. Dünyanın heç bir ölkəsi bu qədər qısa müddətdə belə bərpa və quruculuq işləri həyata keçirməyib. Görülən işlərin, yeni, dirçələn, çiçəklənən Qarabağın dünyaya təqdimatı isə hazırda əsas məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət