“Siyasət yazarlarının politoloji bilikləri olmalıdır” – Terminoloji yanlışlar...
Banuçiçək Kalbalıyeva
09:55 18.05.2021
Media
904
İnformasiyanın ən güclü silah və ən sürətli məfhum olduğu artıq təsdiqlənmiş faktdır. Deməli, hətta bir neçə cümləlik yazılarda belə, diqqətli olmalı, ən elementar hesab etdiyimiz məqamlara həssaslıqla yanaşmalıyıq. Bu, indi-siyasi palitranın olduqca zəngin olduğu bir vaxtda ikiqat vacibdir. Çünki informasiya müharibəsi diplomatiyanın, belə demək mümkünsə, ən mühüm halqalarından biridir. Lakin, təəssüf ki, bəzi hallarda nəinki sosial şəbəkələrdə, hətta müxtəlif KİV-də ciddi qüsurlara rast gəlinir. Məsələn, hələ də “cəbhə xətti”, “təmas xətti” ifadələri işlədilir. Hərçənd Vətən müharibəsindəki qələbəmizdən sonra nə cəbhə xətti qaldı, nə də təmas xətti. Azərbaycanda saxlanılan erməni terrorçuları “hərbi əsirlər” kimi təqdim edilir və bu zaman ironik məna ifadə edən “dırnaq” durğu işarəsindən istifadə olunmur. Xankəndinin əvəzinə, “Stepanakert”, Zəngəzurun əvəzinə “Sünik” yazılır...Sonra da deyirik ki, informasiya müharibəsində uduzuruq. Məsələ ondan ibarətdir ki, belə səhvlər düşmənin əlinə “daraq”lı avtomat verməyə bənzəyir...
BDU-nun Jurnalistika fakültəsinin professoru, dilçi-alim Qulu Məhərrəmli analoji nüanslarla bağlı “Sherg.az”a danışdı:
“Yeni hal deyil. Məsələn, 44 günlük əməliyyatlara müxtəlif adlar qoyuldu. Bəzən “antiterror” əməliyyatı deyildi, bəzən “savaş”. Həmçinin “Dağlıq Qarabağ” barədə danışarkən “qondarma” sözünün işlənib-işlənilməməsindən asılı olmayaraq, “respublika” kəlməsi şüaraltı olaraq müstəqillik mesajı verir. Onun adı konkret olaraq “separatçı rejim”dir. Çünki separatçılıqla məşğuldurlar. Və ya Araik Arutunyana “prezident” deyilməsi əsla düzgün deyil. O, ən yaxşı halda separatçı rejimin başçısıdır. Təəssüf ki, siyasi şərhçilər özləri də belə səhvlər edirlər. Ona görə də siyasi mövzuda yazan jurnalistlərin politoloji bilikləri olmalıdır. Özündə hüquq, diplomatiya, beynəlxalq iqtisadiyyat və s. kimi sahələrin terminlərini ehtiva edən siyasi izahlı lüğət tərtib edilməlidir. Ümumiyyətlə, media bu məsələyə xüsusi diqqət göstərməlidir. Çünki tirajlanan, kütləviləşən xəbər sonradan ciddi problemlər yaradır”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm