“Sosial mediada informasiya əldən-ələ keçib, şayiəyə çevrilir”
Yusif Nəzərli
14:48 11.08.2022
Media
938
Son dövrlər bir çox sosial media istifadəçisi tərəfindən həqiqətə uyğun olmayan informasiyalar tirajlanır. Belə informasiyalar əksər hallarda vətəndaşlar arasında süni ajiotaj yaratmaq və ya hasısa şəxsin ictimai nüfuzuna xələl gətirmək məqsədilə yayımlanır. İnformasiya axını sürətləndikcə bu proses daha da genişlənir.
Jurnalist, “Yazar.in”in təsisçisi Vüsal Məmmədzadə hazırda sosial mediada yaradılan,i nsanları özünə çəkən “yalan informasiya toru”ndan “Sherg.az”a danışıb:
“Sosial media platformalarının yaranması ilə elmi ədəbiyyatda "prosumer" anlayışı meydana gəlib. Bu, ingilis dilində "istehsalçı" və "istehlakçı" sözlərinin birləşməsidir və auditoriyanın xəbər oxumaqla yanaşı, xəbər yaratmasını ehtiva edir.
Sosial mediadakı sərbəst mühit hər istifadəçini xəbər istehsalçısına çevirib. Bu isə özü ilə bəzi problemlər gətirib. Təcrübə göstərir ki, sosial mediada yayılan informasiyalar əksər hallarda yanlış və ya natamam olur. Buna görə, peşəkar media qurumları sosial mediada yayılan xəbərlərin həqiqiliyini yoxlamamış yayımlamaqdan çəkinirlər”.
V.Məmmədli diqqətə çatdırıb ki, sosial mediada hər hansı mövzu ətrafında müzakirələr vaxtı yanlış düşüncələrin doğru məlumatları üstələməsi cəmiyyətin intellektual səviyyəsindən xəbər verir:
“Sosial media platformaları, sadəcə kommunikasiya üçün vasitədir. Bu gün dayanmadan informasiya qəbul edən internet istifadəçiləri yanlış məlumatlardan qorunmaq üçün əldə etdikləri xəbərləri etibarlı mənbələrlə yoxlamalıdırlar. Nəzərə almaq lazımdır ki, sosial mediada informasiya sürətlə "əldən-ələ keçir" və bu, xəbərin şayiəyə çevrilməsi ehtimalını artırır. Ona görə, informasiyanı rəsmi mənbələr və etibarlı media kanallarından əldə etmək əhəmiyyətlidir”.
Onun sözlərinə görə, indi yanlış xəbərlərin sosial media platformalarında sürətlə yayılmasının qarşısını qanunvericiliklə də almaq mümkündür:
“Bəzi ölkələrdə internet haqqında qanunlar qəbul olunur və bu sənədlərlə sosial media istifadəçilərinin davranışları da tənzimlənir. Doğrudur, bu, bəzən, söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir.
Ancaq cəmiyyəti yanıldan və bununla dövlət və ya ayrı-ayrı şəxslərin təhlükəsizliyini təhdid edən məlumatlar paylaşan şəxslərlə bağlı qanunvericiliyin tələblərindən irəli gələrək ciddi tədbirlərin görülməsi sosial media platformalarında yanlış informasiyaların yayılması hallarını azalda bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət