“Tamaşaçı televiziyanı onu izləməməklə cəzalandıra bilər” – Bayağılıq!
Banuçiçək Kalbalıyeva
15:05 23.12.2020
Media
725
“...Belə ucuz məişət film və serialları çəkməsinlər”
“Yəni sağlam rəqabət yaranmalıdır. Kanal auditoriyasını düşünməlidir”
“Reklamçı isə ictimai rəyin qorxusundan dost-tanışına yox, layiq olana reklam verməlidir”
“Pult əlimdə yerli kanallarda nə zaman axtarış aparsam, gözümə bir- iki serialımızın anonsları və ya kadrları dəyir. Hamısında nifrət, ağlagəlməz intriqa, kin, qəzəb. Qadan alım, bu ssenariləri kim yazır?”.
Bu sözləri tanınmış jurnalist İlhamə Rəsulova özünün “Facebbok” hesabında qeyd edib. O, vəziyyətin heç də ürəkaçan olmadığını bildirib:
“Yeni çəkilən seriallarımızda isə ailə içi qan davası... Komediya filmlərimizdə vəziyyət isə faciəvidir. 3-4 eyni sima bütün filmlərdə eyni səviyyəsizliklə rekord qırmaqla məşğuldur. Orta həddi tapa bilmirlərmi, görəsən?”.
Elə isə çıxış yolu nədir? Əgər belə davam etsə, deməli, axırda ya zövqümüz, ya gözümüz zərər görəcək.
Tanınmış media eksperti Zeynal Məmmədli jurnalistin qaldırdığı problemə dair “Sherg.az”a fikir bildirərkən, ümid yerinin olduğunu deyib. Amma bir şərtlə:
“Televiziyaların işinə qarışmaq müasir dövrün məntiqinə görə yaradıcılığa müdaxilədir. Tamaşaçı yalnız bir formada- konkret kanalı izləməməklə onu cəzalandıra bilər. Əgər sərbəst bazar varsa, bu, kanal üçün reklam itkisi deməkdir. Beləliklə, həmin kanalın analoji filmlər çəkməyə və ya istehsal şirkətlərinə ayırmağa vəsait olmayacaq.
Deməli, ən mühüm məqam məhz sərbəst bazardır. Təəssüf ki, bu məsələdəki durum o qədər də ürəkaçan deyil. Tamaşaçının rəyinin televiziyanın fəaliyyətinə bir çox hallarda heç bir təsirinin olmaması heç də təsadüfi deyil. Halbuki qardaş Türkiyədə izləyicilərin münasibətinə görə ən populyar seriallar belə, yarımçıq kəsilib. Biz dəfələrlə belə halların şahidi olmuşuq. Bir daha deyirəm, əgər kanal maliyyəni bazardan qazanırsa, onda ictimai rəy onun üçün maraqlı olmalıdır”.
Z.Məmmədli məsələyə təsir edən başqa məqamlardan da danışdı:
“Əlbəttə, burada tənqidçilərin fikirlərini də nəzərə almaq lazımdır. Ümumiyyətlə, belə rəylər, o cümlədən ictimai fikir daha çox dövlət kanalları, yəni AzTV ilə İTV üçün təsirlidir. Dövlət həmin televiziyalara elə şərait yaratmalıdır ki, özəl kanallar auditoriyanını itirməmək naminə belə ucuz məişət film və serialları çəkməsinlər. Yəni sağlam rəqabət yaranmalıdır. Kanal auditoriyasını düşünməlidir. Reklamçı isə ictimai rəyin qorxusundan dost-tanışına yox, layiq olana reklam verməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya