Televiziyalara qarşı tənqidlər bəzən qərəzli olur
07:20 22.12.2020
Media
695
O verilişin hədəf kütləsi uşaqlar deyil
Tanınmış ictimai fəal Elçin Əfəndi özünün facebook səhifəsində canlı bağlantı yaradaraq, “Xəzər” TV-ni və onun rəhbəri Murad Dadaşovu sərt tənqid edib. Elçin Əfəndinin tənqidi çağırışını olduğu kimi təqdim edirik: “Camaat, bundan danışın, belə yaramazlıqlardan. Fikir verin, efirə çıxır “vor” stilində, lotu stilində, yaramaz bir tipdə.
Hara baxır bu kanalın rəhbərliyi? Qadın xeylağı, əlində təsbeh… Bunun oturuşuna bir bax… Mənim evdə buna 3-4 yaşlı övladım baxır. Bu nə vid-fasondu efirdən nümayiş etdirirsən? Bu nə geyimdir, bu nə hərəkətdir? Belələrini qınaq edin, belə şeylərin üzərinə gedin. “Xəzər” Televiziyasının rəhbərliyi, Murad bəy, hara baxırsınız? Yığışdırın efirdən bu kimi zibilləri. Bunların bir sahibi yoxdur ki, desin, bu, qadın oturuşu, hərəkəti deyil. Bundansa 3-4 şəhid ailəsini çağırın efirə, yaralını çağırıb təqdim edin. Əhalinin vətənpərvərlik ruhunu yüksəldin. Yoxsa ki, bu düşükləri buraxmısan efirə”.
Məsələyə münasibət bildirən media eksperti Turan İbrahimov “Şərq”ə açıqlamasında qeyd edib ki, hazırda gün ərzində televiziyaya baxan yerli auditoriyanın 50 faizə qədəri, başda Türkiyə kanalları olmaqla (40-45 faiz) xarici TV kanallara baxır. Yerli TV-lərimizə baxan tamaşaçı isə TV izləyənlərin sadəcə 50 faizə qədəridir. Onlar da Türkiyə kanallarına baxdıqdan sonra geri dönənlərdir. Bütün yerli TV kanallarımız məhz o 50 faizlik auditoriya uğrunda savaş aparırlar.
Nəzərə alsaq ki, söhbət yalnız TV-ya baxan insanlardan gedir, əslində TV-lərimiz nə qədər az izlənir, göz qabağındadır”.
Media eksperti bunun müxtəlif səbəblərinin olduğunu vurğulayıb:
“Başda insanlarımızın TV-lərimizə olan inamsızlığı durur. TV-lərimizi tənqid etməyə ciddi səbəblər var, amma tənqid edənlərin mütləq əksəriyyəti həmişə qərəzli, məntiqsiz və yerində olmayan yanaşma ilə mövzuya qoşulurlar. Eyni ilə Xəzər TV-yə edilən son tənqid kimi. Əvvəla ona görə ki, fraqmenti tənqid olunan məlum veriliş çox az izlənən yerli TV məhsulları içərisində ən yüksək reytinqi olan verilişlərdən biridir.
Deməli, həm də yerli auditoriyanı öz TV-lərimizdə saxlaya bilən verilişdir. Həmçinin veriliş hazırda dünyada trend olan TV-komediya formatlarından biridir ki, Türkiyə və Rusiya kanallarında da var və aktyor oyunu, obrazlar üzərində qurulub. Yəni senaristin xəyal məhsuludur. Rola girən də aktrisadır. Özünü yox, uydurma obrazı canlandırır.
Üstəlik də həmin verilişin yayım vaxtı axşamın gec saatlardır, yəni 18+ auditoriya üçündür. Uşaqların baxması üçün nə saatı, nə də formatı uyğundur. Hədəf kütləsi ümumiyyətlə uşaqlar deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya