Televiziyalarda olan əvvəlki mənzərə artıq dəyişib
08:58 19.01.2021
Media
793
Artıq bəzi kanallarda tətbiq olunmuş qayda-qanunlara qəti şəkildə əməl edilir
Geridə qoyduğumuz il ərzində ölkəmizdə fəaliyyət göstərən televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bəzi tələblərinin pozulması halları baş verib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) ötən ilin yekunlarına dair hesabatında bildirilib ki, yayımçılar
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 40.2.1-1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Himnini hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirilməsi, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmaması və digər bunun kimi bir sıra qanunvericilik aktlarını və onların müddəalarını pozublar.
Tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli mövzu ilə bağlı "Şərq"ə danışarkən qeyd edib ki, telekanallar vəziyyətdən nəticə çıxarmalıdır:
"Sözügedən məsələ birbaşa olaraq Milli Televiziya və Radio Yayım Şurasının səlahiyyətindədir. Bu barədə müvafiq monitorinqlər aparılması nəticəsində nöqsanlar aşkara çıxır.
Belə nöqsanları telekanallara xatırladanda onlar bundan nəticə çıxarmalıdır. Hər səhər yayıma başlamazdan öncə himnin səsləndirilməsi bir növ ənənədir.
Bu ənənəyə də mütləq şəkildə əməl olunmalıdır. Bəzən himnin səsləndirilməsində texniki problemlər üzə çıxa bilər. Bunu MTRŞ özü də nəzərə alır. Lakin uşaqlarla bağlı məsələlərə olduqca həssas yanaşmaq lazımdır. Azyaşlılar üçün nəzərdə tutulan verilişlərin yayımına verilən tələblərə riayət edilməsi mütləqdir".
Ekspert sözlərinə əlavə olaraq deyib ki, əvvəlki dövrə nisbətən telekanallarda qoyulan tələblərə ciddi əməl edilir:
"Fikrimcə, son zamanlar MTRŞ bu barədə çox intensiv işləyir. Onun xəbərdarlıqları, konkret addımları nəticəsində televiziyalarda olan əvvəlki mənzərə kəskin surətdə dəyişib. Artıq bəzi kanallarda tətbiq olunmuş qayda-qanunlara qəti şəkildə əməl edilir. Digər televiziya şirkətləri isə əziyyət çəkib nəzərəçarpan pozuntuların dərhal aradan qaldırılması üçün bir sıra tədbirlər görməlidir. Əks təqdirdə bu pozuntular vərdiş halını alır və tamaşaçıları narahat edir".
Aytac Ali
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm