Türk jurnalist:“Ortaq media platforması türk dövlətlərini birləşdirməlidir”
Banuçiçək Kalbalıyeva
10:53 12.04.2021
Media
962
Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi zəfər bütün dünyada əks-səda verdi. Əlbəttə, zəfər sevincimizi ən çox eşidənlər də məhz qardaş, dost dövlətlər, xüsusilə Türkiyə idi. Rəsmi Ankara savaş günlərində həyəcanlarımıza, çətinliklərimizə şərik olduğu kimi, qələbə zamanı bizi dövlət başçısı səviyyəsində təbrik etməyi də unutmadı. Çünki düz 44 gün 83 milyonluq türk əhalisinin ürəyi Azərbaycanla, Qarabağla döyünürdü. Bunu onların bir çoxunun sosial media hesablarından da görmək olar.
Türkiyəli jurnalist Mehmet Ali Kükrer tarixi zəfərimiz barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Peşə fəaliyyətim təkcə Azərbaycandakı deyil, bütünlüklə beynəlxalq aləmdəki prosesləri yaxından izləməyimi tələb edir. Bunu da texnologiyanın gətirdiyi ən böyük nemət olan internet vasitəsilə həyata keçirirdim. Sosial media hesablarım həmin işdə mənə çox yardımçı olurdu. Düzdür, bəzən Azərbaycan televiziyalarını da izləyirdim.
Lakin üstünlüyü sosial mediaya verirdim. Azərbaycan uşaqlıqdan bəri maraq göstərdiyim, lirik mahnılarını dinlədiyim məmləkətdir. Gəncliyim SSRİ-nin tərkibindən çıxacaq və Türkiyə ilə birləşəcək bir Azərbaycan arzusu ilə keçdi.
Bririnci Qarabağ müharibəsindən sonra Naxçıvan və Bakıda oldum. Burada mənim kimi düşünən, qardaş Azərbaycanı özünə ikinci vətən bilən milyonlarla insan var. Oradakı savaşı, qələbəni izləyib qürur duyduq. Bu dövrdə təkcə Türkiyə mediasını deyil, dediyim kimi, həm də Azərbaycan mətbuatını, televiziyalarını izləyirdim.
Qələbəmiz mənim üçün çox böyük xoşbəxtlikdir. 1996-cı ildə TRT kanalı məni Bakıya ezam etmişdi. Həmin vaxt qaçqınlarla görüşmüşdüm, onlar haqqında süjet hazırlamışdım və vətən həsrətlərini, sıxıntılarını, bir gün ata torpaqlarına qayıdacaqları ilə bağlı ümidlərini işıqlandırmışdım. İndi o vaxtkı həmsöhbətlərimizin hər birini təbrik edirəm. Müstəqil və güclü Azərbaycan məni qürurlandırır. Azərbaycanın türk dünyasına nümunə olacağına inanıram. Biz dünyaya türk qardaşlığını, gücünü göstərəcəyik”.
O, həmçinin informasiya müharibəsi barədə də danışdı:
“Əlbəttə, bütün Türkiyə, o cümlədən də yerli media baş verənləri həyəcanla izləyir və proseslərə həssaslıqla yanaşırdı.
Savaş müxbirliyinin mənim peşə həyatımda çox mühüm yeri var. Jurnalist olaraq Naxçıvanda, Bosnada, Kosovoda gedən prosesləri, həmçinin PKK-ya qarşı əməliyyatları yaxından izləmişəm. Cəbhədə qızğın döyüşlər gedəndə biz informasiya cəbhəsində mübarizə aparırdıq.
Xəbər adamısınızsa, xəbərin həqiqi, yoxsa saxta olduğunu onun veriliş tərzindən, mənbəyindən müəyyənləşdirə bilərsiniz. Fikrimcə, ortaq media platforması ləngimədən yaradılmalıdır. Mən bunun yalnız iki qardaş dövlət arasında olmasının əleyhinəyəm.
Belə bir layihə bütün türk dövlətlərini birləşdirməlidir”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial