İsmayıllıda icra nümayəndəsi və bələdiyyə sədri həbs edilib
İsmayıllıda icra nümayəndəsi və bələdiyyə sədri həbs edilib
09:30 05.09.2024
Hadisə
500
İsmayıllıda tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonunun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb.
İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən olunub.
Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya