Tarix yenidən yazılır
08:28 16.08.2024
Gündəm
389
Daşlar yerini dəyişdirib
Stounhencin mərkəzində, Qalliyadan gəldiyi ehtimal edilən qurbangah daşının əslində Şotlandiyanın şimalına aid olduğu müəyyənləşib. Tədqiqat zamanı məlum olub ki, daşın mineral analizi nəticəsində onun Orkney adalarına mənsub olduğu təsdiqlənib. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, bu kəşf, Neolit dövründən bugünədək məlum olan bir çox gerçəkləri yenidən gözdən keçirməyə sövq edir. Əldə ediləcək nəticələrsə İngiltərə tarixinə yenidən işıq salacaq və bir çox tarixi məlumatların dəyişməsinə səbəb olacaq. İngiltərənin cənub-qərbundəki Stounhenc antik dünyanın möcüzəli abidələrinə, o cümlədən antik qurbangah daşına sahiblik edir. Bu, dünya mədəni miras siyahısına daxil olmuş abidədir. Buranın təxminən 5 min il öncə necə ortaya çıxdığı məsələsində alimlər müxtəlif fikirdədir. Bir əsrdir ki, arxeoloqlar Stounhencdəki daşların bir qisminin Qalliyadan gətirildiyini və Salisburi Ovasındakı Neolit dövrünə aid yerə daşındığını iddia edirdi. İndi isə yeni bir tədqiqat Stounhencin mərkəzindəki nəhəng mavi daş abidələrdən birinin əslində Qalliyadan deyil, Şotlandiyadan gətirildiyini sübut edir. Bu haqda məlumat “Nature” dərgisində yayımlanıb. Alimlər mavi daşların kimyəvi tərkibini öyrənib və nəhəng daşların Şotlandiya torpağına aid olduğunu təsdiqləyiblər. Analizlər zamanı məlum olub ki, daşların tərkibində sirkon, apatit və rutil kimi bol miqdarda minerallar var. Bu cür tərkibə malik daşlara Orkadian hövzəsində rast gəlinir. Oradakı qaya daşları da eyni tərkibə malikdir. Orkadian hövsəzi şimal-şərqi Şotlandiyada, Orkney və Şotland adalarını əhatə edən bir bölgəyə və Stounhencə 750 kilometr məsafədədir. Qurbangah daşlarının 1-2 milyard yaşında olduğu bildirilir. Bu daşların bu qədər uzaq məsafədən necə daşındığı isə sual altındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya