Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlandı
Yusif Nəzərli
15:56 22.04.2025
Cəmiyyət
357
Xəbər verdiyimiz kimi, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib.
Sherg.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.
Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Baş Qərargah rəisi Vaşinqtona getdi
17:40 01.02.2026
Dünya
Üzərinə qaynar su tökülən 20 aylıq körpə evə buraxıldı
17:36 01.02.2026
Hadisə
ABŞ 48 saat ərzində İranı vuracaq - Vuçiç
17:13 01.02.2026
Dünya
BƏƏ vətəndaşının Lənkəranda meyiti tapıldı
16:35 01.02.2026
Hadisə
Yer kürəsinin necə məhv olacağı ilə bağlı dəhşətli kəşf
15:52 01.02.2026
Maraqlı
İranın Hörmüz mesajı qlobal xaosu yaxınlaşdırır
15:45 01.02.2026
Gündəm
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
15:33 01.02.2026
Cəmiyyət
Günəşdə üç güclü partlayış baş verib
15:11 01.02.2026
Dünya
Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış
14:50 01.02.2026
Dünya
Bəzi rayonlarda duman olacaq
14:07 01.02.2026
Ekologiya
Tramp: "Hindistan İrandan neft almayacaq"
13:48 01.02.2026
Dünya
Trampın İraq üzrə xüsusi nümayəndəsi istefa verdi
13:12 01.02.2026
Dünya
Kubalılar pis vəziyyətdədirlər, pulları yoxdur... - Tramp
12:56 01.02.2026
Dünya
Yağış, qar yağacaq, duman çökəcək - PROQNOZ
12:41 01.02.2026
Ekologiya
Yaponiyanın baş naziri seçkiqabağı təşviqat zamanı xəsarət alıb
12:26 01.02.2026
Dünya
Tramp Obamanı həbs etməyə çağırıb
11:59 01.02.2026
Dünya