Ağdərə rayonunun yaradılmasıyla əlaqədar büdcə layihəsində dəyişiklik edilib
Yusif Sultanoğlu
07:30 01.12.2023
Qarabağ
1671
Azərbaycanda yeni rayon yaradılıb və bununla əlaqədar dövlət büdcəsi layihəsində korrektələrə ehtiyac yaranıb.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ilk növbədə yeni Ağdərə rayonunun təsis edilməsi ilə bağlı dövlət büdcəsi layihəsinin 5-ci maddəsinə həmin rayonun adı əlavə ediləcək: “Meliorasiyaya ayrılan vəsaitin 7,3 milyon manatı azaldılacaq, müvafiq olaraq həmin vəsaitin elm xərcləri bölməsinə əlavə ediləcək. Bununla yanaşı cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə ehtiyac var. Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon, Laçın rayonunun yerli xərclərinin 100 min manat artırlması nəzərə alınacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol