İtkinlərlə bağlı IV Beynəlxalq Konfransın iştirakçıları Şuşaya səfər ediblər

İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçılarının Qarabağa səfəri davam edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət etdikdən sonra Şuşa şəhərinə gəlib.

Səfər çərçivəsində qonaqlar Şuşada yeni inşa olunan yaşayış binaları, şəhərdə aparılan tikinti-quruculuq işləri və yeni məscidin tikintisi ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyətinin Şuşanın tarixi və görməli yerləri ilə tanış olması, şəhərin tarixi barədə ətraflı məlumat alması nəzərdə tutulur.