Ağdərə şəhəri bərpa olunur, Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır
13:17 21.11.2023
Qarabağ
649
Yenidən bərpa ediləcək Ağdərə rayonunun inzibati mərkəzi Ağdərə şəhəri olacaq.
"Report"un əldə etdiyi məlumata görə, bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Suqovuşan qəsəbəsi yenidən Ağdərə rayonun tərkibinə verilir. Bundan başqa, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonun ərazisi əvvəlki qaydada təşkil olunur.
Xatırladaq ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. Həmin vaxt Suqovuşan qəsəbəsi də Tərtər rayonuna birləşdirilmişdi.
1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.
Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - Ekspert
15:53 14.07.2026
Gündəm
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
15:48 14.07.2026
Region
ABŞ İranın iki şəhərini bombaladı
15:46 14.07.2026
Dünya