Aqil Abbas: Prezident yeni, gözəl və Avropa üslubunda şəhər inşa edir
13:44 18.02.2025
Qarabağ
818
Ağdam gələcəkdə Qarabağın, bəlkədə elə Azərbaycanın paytaxtı olacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Sherg.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma məlumat verilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.
Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Milli Məclisin deputatı Aqil Abbas "Sherg.az"a bildirib ki, Ağdam şəhərində Prezident İlham Əliyevin başçılığı ilə baş tutan tikinti-quruculuq işlərini yüksək qiymətləndirir:
"Ağdam 100 minlik əhaliyə malik olan çox böyük şəhərdir. Həmçinin bu şəhər gələcəkdə Qarabağın, bəlkə elə Azərbaycanın paytaxtı olacaq. Ağdam İlham Əliyevin şəhəridir. Ona görə də Prezident yeni, gözəl və Avropa üslubunda şəhər inşa edir. Digər tərəfdən köhnə Ağdamı bərpa etmək mümkün deyil. O cümlədən, hazırda dövrün, dünyanın tələblərinə uyğun yeni şəhərin qurulması daha məqsədəuyğundur. Ümumiyyətlə cənab Prezident İlham Əliyevin Ağdamdakı tikinti-quruculuq işləri ilə şəxsən özünün məşğul olması, bura tez-tez səfər etməsi ürəkaçandır. Həmçinin artıq 3 kəndin inşası başa çatıb. Üstəlik, Ağdamda yol-nəqliyyat infrastrukturuna geniş diqqət yetirilməsi sayəsində tıxac problemi də olmayacaq. Ümumiyyətlə, Prezident İlham Əliyev Qarabağdakı quruculuq-abadlıq işlərinə, xüsusilə Ağdama olan sevgisindən dolayı bu bölgəyə diqqət yetirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya