Aqil Abbasın Ağdərə sevinci
00:35 06.12.2023
Qarabağ
3117
“Babalarımın üçünün qəbri Ağdərədədir”
Millət vəkili Aqil Abbas 1992-ci ildə Ağdərə rayonunun ləğvini yanlış hesab etdiyini deyib. Deputat bildirib ki, döyüşməsə də, Ağdərə 1992-ci ildə azad olunanda orada olub: "O vaxt Ağdərəni səriştəsizlikdən ləğv etdilər. Mən hələ də bilmirəm ki, niyə belə oldu. O vaxt 5 min ağdərəli mənə müraciət etmişdi ki, onlar ağdamlı olmaq istəmirlər, çünki ağdərəlidirlər. Düzdür, ağdamlı olmaq şərəfdir, amma hərəyə öz yeri şirindir. O vaxt Ağdərə ləğv olunduğu üçün onların pasportuna Ağdam yazılırdı. Ağdərə Qarabağın 2/5-ni təşkil edən böyük rayon idi. Ağdərə rayonunun bərpa olunmasına ən çox sevinənlərdən biri mənəm. Babalarımın üçünün qəbri Ağdərədədir. Ağdərənin 11 kəndi ermənilərdən azad olunmuşdu və bu günə qədər bizdəydi. Mən də deyirdim, necə olur ki, Xocalı bizdə deyil, amma Xocalı rayonu var, Ağdərənin 11 kəndi bizdədir, amma Ağdərə rayonu yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlardan 8 kənd inzibati ərazi vahidi Ağdərəyə verilir, bunlar əvvəldən Ağdərənin kəndləri olub”.
Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, ərazilər azad olunmasaydı, bu gün bu məsələyə baxa bilməzdik: “Bu məsələdə Prezident İlham Əliyevin rolu bir daha vurğulanmalıdır və siz də bunu vurğuladınız”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə