
Azərbaycan öz ərazisinə tam nəzarət edir, qanunlarımız işləyir
09:58 03.10.2023
Qarabağ
1007
Rusiya hərbçilərinə də ehtiyac yoxdur, onlar da zəhmət çəkib özlərinin darda olan vətənlərinə geri dönsünlər
Kreml ABŞ-nin Qarabağla bağlı müşahidə missiyasında heç bir konkretlik görmür. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, Moskva İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrini davam etdirəcək: "ABŞ-nin “müdaxilələri” ilə müqayisədə Rusiya faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir.
Azərbaycan Demokratik Partiyasının sədr müavini, siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, Qarabağda nə sülhməramlıya, nə də hər hansı kənar və ayrıca formalaşmış müşahidəçiyə ehtiyac var. Ekspertin sözlərinə görə, Azərbaycan məsələni Türkiyənin fəal dəstəyi ilə həll edib, bitirib:

"Bütün dünya görür ki, Azərbaycan xalqının başına olmazın müsibətlər gətirən yerli erməni əhalisinə necə humanist davranış nümayiş etdiririk. Qərbin müşahidə missiyası nə işlə məşğul olacaq?! İndiyədək yürütdükləri birtərəfli ermənipərəst, qatı xristian təəssübkeşliyini sürdürmək, regionda sülhə olan ümidləri tamamilə dəfn etmək istəyirlər. Azərbaycan öz ərazisinə tam nəzarət edir, qanunlarımız işləyir. Rusiya hərbçilərinə də ehtiyac yoxdur, onlar da zəhmət çəkib özlərinin darda olan vətənlərinə geri dönsünlər. Digər ölkə və qurumlar bölgədəki vəziyyətlə ölkəmizdəki nümayəndələri vasitəsilə dəqiq məlumatlar ala bilərlər. Azərbaycan xalqına ATƏT-in Minsk qrupunun "ədaləti" də, "sülhməramlı missiyası" da yaxşı tanışdır. Heç bir halda dövlətimizin ərazisinə kənarda formalaşmış hərbi və ya mülki missiyanı buraxmamalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya