“Azərişiq” MEDİA ilə birgə Zəngilana tur təşkil etdi
Yusif Nəzərli
19:07 07.02.2025
Qarabağ
922
"Azərişıq" ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Zəngilana səfər təşkil olunub.
Teleqraf xəbər verir ki, 10 fevral – “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar keçirilən media-tur çərçivəsində 50 nəfərədək KİV nümayəndəsi Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olub.
Burada media nümayəndələrinə yeni yaradılan mərkəzlə bağlı məlumat verilib. Bildirilib ki, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ötən il oktyabrın 3-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Müasir texnologiya və avadanlıqlarla təchiz olunan mərkəzdə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.
Daha sonra media nümayəndələrinin iştirakı ilə Mərkəzdə konfrans keçirilib. Tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev açaraq “Azərişıq” ASC-nin təşkil etdiyi və qurumun 10 illik yubileyinə həsr olunmuş müsabiqə barədə məlumat verib. Bildirib ki, “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media nümayəndələri arasında keçirilən müsabiqəyə müraciət qəbulu fevralın 14-dək davam edəcək.
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək 2015-2025-ci illər ərzində "Azərişıq" ASC-nin keçdiyi inkişaf yoluna qısa nəzər salıb. Bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri işğaldan azad olunandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkəsinin yenilənməsi idi. İlk növbədə Şuşa şəhəri elektrik enerjisi ilə təmin olundu. 2023-cü ildə 140-dək, 2024-cü ildə 120-dən çox kənd və qəsəbələrdə elektrik təsərrüfatı yeniləndi. 2025-ci ildə də bu layihə uğurla davam etdirilir.
Konfransda “Azərişıq” ASC-nin 10 illik fəaliyyətini əks etdirən video-çarx da nümayiş olunub.
Çıxışlar zamanı "Azərişıq" ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov 10 illik fəaliyyəti dövründə qurumun əldə etdiyi nailiyyətlərdən bəhs edib.
"Azərişıq" ASC-nin "ASAN xidmət"lə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov çıxışı zamanı media nümayəndələrinə elektron xidmətlər barədə məlumat verib. Qeyd edib ki, 2017-ci illə müqayisədə "Azərişıq" ASC-nin "ASAN xidmət" mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb.
Sonda çıxış edən “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev bildirib ki, 10 il ərzində ölkə üzrə enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib. Bu ilin sonunadək texniki itkilərin daha 0,2 % azaldılaraq 8,3 %-ə çatdırılması proqnozlaşdırılır.
Çıxışlardan sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Sonda qonaqlar Zəngilanın elektrik enerjisi ilə təminatı üçün çəkilən 35 kV-luq ÖİN-3 kabel xətti ilə tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya